Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mövsümi dəyişikliklərdə gözlənilən xəstəliklər

Asqırma, boğaz və baş ağrısından əziyyət çəkən xəstələr mövsümü dəyişikliklərə daha çox diqqət etməlidirlər.
Bu dövrdə yuxarı tənəffüs yolu infeksiyalarına tez rast gəlindiyi bildirilir. Kafi vitamin və mineral qəbulu ilə bu cür problemlərin artmasının qarşısını almaq olar.
Mövsümi dəyişikliklər, soyuq hava kimi səbəblərdən iltihablı bağırsaq sindromunun olmasına səbəb ola bilər. Xalq arasında bahar yorğunluğu olaraq bilinən halsızlıq, inciklik və istəksizlik, alergiya halları da mövsümü dəyişikliklər zamanı gözlənilən simptomlardır. Mövsümü dəyişikliklər zamanı olacaq xəstəliklər üçün görüləcək tədbir zamanı yaş saçla çölə çıxılmaması, küləyə qarşı getməmək, tozlu mühitlərdə olmamaq, insulini sürətli olaraq qaldıran yeməklərdən uzaq dayanmaq məsləhətdir.
Daha çox isə bol miqdarda lifli qidalar qəbul etmək lazımdır. Tərkibində vitamin, mineral olan meyvə və tərəvəzlərdən istifadə etmək, çoxlu su içmək xeyirlidir.
Xəstəliklər zamanı isə şüursuz surətdə antibiotiklərdən istifadə isə zərərli hesab olunur.
Bundan əlavə yazın depressiya simptomları ictimai mühitlərdən uzaqlaşmaya səbəb olur.
Bu da öz növbəsində hərəkətsiz bir həyata doğru yönəlmə ilə birlikdə oynaq ağrılarına, qan dövranında yavaşlamaya və bu səbəbdən baş ağrılarına, iştah dəyişikliklərinə və mədə problemlərinə yol aça bilər.


Tarix: 09.01.2015 / 10:57 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Maraqlı Məlumatlar
loading...