Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədəni yağ tutmayan insan

BBC-nin məlumatına görə 23 yaşındakı velosipedçi Tom Stanifordun bədəni yağ tutmur. Onun dərisinin altında yağ yığılmır.
Bu səbəbdən həmin prosesin nadir görülən bir xəstəliklərdən olduğu deyilir. Verilən məlumatda qeyd olunur ki, Tom normal çəkidə doğulub, lakin uşaqlığı dövründə üzündəki, qol və qıçlarındakı yağlar əriməyə başlayıb. Heç kim Tomun xəstəliyinə diaqnoz qoya bilmirdi, ta ki qısa bir müddət əvvələ qədər.
Alimlər Tomun DNT-ini araşdıraraq xəstəliyi ortaya çıxaran mutasiyanın hansı gendə olduğunu təsbit etməyə çalışıblar.
Həkimlər Toma MDP sindromu deyilən və dünyada yalnız səkkiz adamda olan bir xəstəlik diaqnozu qoyublar.
Bu baxımdan səhhətində problemlər olduğu və şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Tom universitetdə hüquq və fransız təhsili aldığı kimi, velosiped yarışlarına da qatılır.
Onun velosiped üzrə İngiltərə çempionu olduğu da bildirilir.


Tarix: 08.01.2015 / 17:48 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Maraqlı Məlumatlar
loading...