Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sinəsindən ət yeyən böcək tapıldı

İngiltərədə yaşayan Natalie Tomasonun həyatı tətildə özünü dişləyən bir böcəklə kabusa dönüb.

Verilən xəbərə görə, əvvəl vəziyyətə çox əhəmiyyət verməyən Tomasonu cəmi 3 dəfə böcək dişlədikdən sonra sinəsi göyərib, şiddətli ağrılar və iy gəlməyə başlayıb.

Tomasonun ağrılarının səbəbinin isə Misirdə onu dişləyən ağcaqanaddan sonra sinəsinə ət yeyən böcəklərin yerləşdiyi aydın olub.

Ölümdən dönən bəxtsiz qadın yaşadıqlarını belə izah edib: böcəklərə qarşı özümü qorumağa çalışırdım. Qorunmaq üçün sprey istifadə etmişdik.
Ancaq görünən odur ki, kifayət qədər qorunmadım.


Tarix: 08.01.2015 / 17:46 Müəllif: Aziza Baxılıb: 17 Bölmə: Maraqlı Məlumatlar
loading...