Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bazarlıq etmək üçün ən təhlükəli saat

Məlumata görə ramazanda bəzi insanlar daha çox alış-veriş edirlər. Onlardan ailə büdcəsinə qənaət etməyənləridə olur.
Bunun müxtəlif səbəbləri var. Həmin səbəblərə günün gərgin keçməsi, aclıq təsirləri və s. aiddir.
Ramazan orucu ilə bərabər digər vacib məqamlar kimi ramazan alış-verişi də bəzi hallarda fizioloji və psixoloji baxımdan dəyərləndirilir.
Sakarya Universitetində müəllim kimi fəaliyyət göstərən elmlər namizədi Mustafa Koçun sözlərinə görə fizioloji təsirlər insanın sağlam düşünməsinə mane olur.
O, rastlaşdığı bir hadisədən danışaraq bildirir ki, oruc tutan bir adam əvvəl dadmadığı bir qida məsulunu iftarını açdıqdan sonra və aclığı aradan qalxdıqdan sonra yeməyib. Bu hal isə gərəksiz ramazan alış-verişinə səbəb olub. Təbii ki, oruc tutarkən iftar süfrəsi bol olmalıdır. Lakin istifadə olunmayan qidalar alındıqda bu həm sağlamlığa həm də ailə büdcəsinə zərər vermiş olur. Bu baxımdan nemətlərin qədrini bilmək hər birimizin borcudur.
Məhz buna görə ramazan ayında digər vacib məsələlərə fikir verdikdə bu həssas məsələni də unutmayın. Hər şeyin qədərindən artığı düzgün deyildir.


Tarix: 08.01.2015 / 17:42 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Maraqlı Məlumatlar
loading...