Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

3D çap və əzələ hüceyrələrinin köməyi ilə yaradılan ikinci nəsil biorobotlar təqdim olunub

ABŞ-ın İllinoys Universitetinin alimlər qrupu elektrik impulslarının köməyi ilə hərəkət edən və əzələ toxuması hüceyrələri əsasında yaradılmış miniatür biorobotları təqdim etmişdir.
Tədqiqata həsr olunmuş məqalə "PNAS" (Proceedings of the National Academy of Sciences ) jurnalında dərc olunmuşdur.
Məqalədə bildirir ki, biorobotların 6 mm uzunluğunda olan karkası "3D" printerində xüsusi hidrogeldən çap edilmiş, hərəkətverici qüvvə qismində isə skelet əzələlərinin hüceyrələrindən istifadə olunmuşdur.
Çeviklik və möhkəmlik kimi xüsusiyyətləri sayəsində hidrogelə müxtəlif formalar vermək olar. Tədqiqat qrupunun rəhbəri Rəşid Bəşir sistemə neyronların inteqrasiyasının planlaşdırıldığını bildirmişdir. Onun sözlərinə görə, bu, robotları idarə etmək üçün təkcə elektrik deyil, həm də kimyəvi stimulyasiyadan istifadə etməyə imkan verəcəkdir.
Alimlərin ehtimalına görə, gələcəkdə bu kimi sistemlər tibbin müxtəlif sahələrində - əczaçılıq, cərrahiyyə və ya yüksək texnoloji implantatların hazırlanmasında geniş tətbiq edilə bilər. Biorobotlardan istifadə sayəsində insan orqanizmini müəyyən toksinlərdən təmizləmək olar.


Tarix: 08.01.2015 / 16:09 Müəllif: Aziza Baxılıb: 16 Bölmə: Maraqlı Məlumatlar
loading...