Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşdən zövq almağın yolları

Professional həyatdakı xoşbəxtliyi başqa bir iş yerində deyil baxış bucağınızı dəyişdirərək düzəltmək olar.

Günümüzdə elə insanlar var ki, iş mühitinə öyrəşməkdə çətinlik çəkirlər. Başqa sözlə vicdanla işləməyə həvəsləri olmur və ya işlərindən zövq ala bilmirlər.
Bu cür halların həyatda müxtəlif səbəbləri olur. Lakin, stimullaşdırma üsulları, zəhmətkeşlik və psixoloji hazırlıq həmin problemləri asanlqla dəf etməyə imkan verir.
İş zamanı əldə edilən yaxşı nəticələr və nailiyyətlər isə insanı həvəsləndirməklə bərabər psixologiyaya yaxşı təsir göstərir.
Bu istiqamətdə vacib prosedurlardan biri kolleqalarla yaxşı münasibət saxlamaqdır. Əgər onlarla münasibətiniz uğursuz olarsa, iş dözülməz həddə çata bilər.

Onuda qeyd etmək lazımdır ki, kollektiv hər zaman motivasiyalı olsa müvəffəqiyyət qazanmaq da asan olur.
Çünki, motivasiya komanda yaratmağın və effektiv komanda işinin təməl hissəsidir.


Tarix: 08.01.2015 / 16:04 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Maraqlı Məlumatlar
loading...