Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MUSİQİ

-Röyada mahnı, yaxud musiqi alətlərində ifa olunan musiqi dinləmək-işinizdə böyük uğurlar qazanacaq və çoxlu oğul-uşaq yiyəsi olub xoşbəxt bir ailə həyatı yaşayacaqsınız. Dinlədiyiniz musiqi qulağı oxşamırsa və qarma-qarışıq səs yığınıdırsa, bu röya-saxta və qeyri-səmimi adamların tövsiyəsinə qulaq asdığınız təqdirdə ciddi bir xətaya yol verəcəyinizə işarə sayılır. Röyada rəqs musiqisi dinləmək və bu musiqiyə uyaraq rəqs etmək-sosial mövqeyinizlə kübar cəmiyyətdə sevilən bir şəxs olduğunuzu göstərir. Romantik bir musiqi dinləmək-eşqə və səadətə işarədir. Kədərli, hüznlü musiqi-cansıxıcı xəbərlərə hazır olmanızı bildirir.Röyada özünün musiqi çaldığını görmək-yaxınlarda hazırki vəzifənizdən də yaxşı bir vəzifəyə keçmək üçün təklif alacaqsınız.


Tarix: 04.03.2014 / 00:16 Müəllif: Ebulfez Baxılıb: 113 Bölmə: M hərfi
loading...