Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Mələk görmək

Yuxuda mələk görmək sülh və sakitlik rəmzidir.Vaxt gələcək, insanlar xoşbəxt yaşayacaqlar.Yuxuda özünüzü mələk kimi görmüsünüzsə, bu yuxu sizə yaxın olan insanlardan birinin köməyinizə ehtiyacı olduğuna və sizin ona yardım etmək iqtidarında olduğunuza işarədir.Yuxuda mələk sizi göylərə çağırırsa, bu yuxu sizi və ya qohumlarınızı ağır xəstəlik gözlədiyinə işarədir. Yuxuda mələklərin yaşadığı şəhər görmək gələcəkdə bu və ya digər tərzdə Tayvan adlı dövlətlə əlaqəniz olacağına işarədir.



Yuxuda mələk görmək yaxşı əlamətdir. Sizi çox sakit və xoşbəxt zamanlar gözləyir. Sizə yaxın olan adamlardan birinin başı üzərində mələk görmək bu, o adamın ruhunun tezliklə o biri dünyaya gedəcəyinə işarədir. Tanımadığınız adamın kürəyi arxasında mələk görmək, bu o qədər də uzaq olmayan gələcəkdə yüksək rütbəli, nəcib və şəxsən sizə məlum olan adamın qəflətən ölüm xəbərini eşidəcəksiniz. Yuxuda özünüzün mələk olduğunu görmək fəaliyyətinizdən əldə etdiyiniz gəliri necə xərclədiyiniz üzərində düşünməli olduğunuzu göstərir. Siz öz yaxınlarınız haqda düşünməli və öz mənfəətiniz onlarla bölüşməlisiniz, yoxsa öz var-dövlətinizi bir anda itirə bilərsiniz. Əgər yuxuda mələk sizi göydən çağırırısa, bu yuxu sizi ciddi xəstəlik haqda xəbərdar edir. Həkimlərə müraciət edin, onlar sizə kömək edərlər.


Tarix: 02.03.2014 / 22:56 Müəllif: Ebulfez Baxılıb: 119 Bölmə: M hərfi
loading...