Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tuba Şahi məscidi

Tuba Şahi - Bakının Mərdəkan qəsəbəsində məscid.Mündəricat
1 Tarix
2 Görünüş
3 Xarici keçidlər
4 Həmçinin bax


Tarix

Məscidin tikilmə tarixi bizim dövrə qədər yaxşı vəziyyətdə qalmış yazıda göstərilir. Bu yazıda nəinki onun tikilib qurtarıldığı il hicri ilə 886 ci il ( 1481 1482 ) habelə onun sifarişçisi Tuba Şahının adı da göstərilir. Başqa yazı dar dolayı pilləkanın qabağındadır. Bu yazı, görünür, kəndin daha qədim məscidinə aiddir: 774 cü il hicri ilə ( 1372 ci il), bu yazıda onun sifarişçisinin adı da göstərilir: sədra Hacı Bahəddin, Hacı Nürəddinin oğlu.İ.Berezin hesab edir ki, bu yazı Buzovnadakı məscidə məxsus idi.

Görünüş

Tuba Şahi məscidi tikintidə geniş yayılmış ibadətgahların ən səciyyəvi növlərindən biridir. Binanın məkan ilə bağlı həndəsi formalı memarlıq kütlələrinin birləşməsi ifadəli obraz yaratmağa yönəlmişdir: bu obrazın səciyyəvi xüsusiyyəti daxili məkanın binanın ön tərəfi ilə üzvü surətdə bağlılığıdır. Hamar bayır divarı fonunda giriş portalı nəzərə çarpır. Zalın kompozisiya mərkəzində təbilə bənzər yonulmuş fiqurun üzərində hamar gümbəz ucalır.

Binanın içərisində kontrastlığa meyl özünü göstərir. Onun divarları səliqə ilə yonulmuş daşlardan hörülmüşdür. Divarların hamarüz hissəsində daş şəbəkələr yonulmuşdur, bu şəbəkələr kiçik dördbucaqlı pəncərələrə qoyulmuşdur. Fasad divarlarının yuxarı hissəsində qapı oyulmuşdur. Konstruktiv və plastiki cəhətcə giriş qapılı fasaddan bir qədər irəlidədir və ondan hündürdür. Onun bayır tərəfi ənənəvi naxışlarla bəzədilmişdir ( lentə oxşar naxışlar). Belə portal kompozisiya Azerbaycanının 15-ci əsrin memarlığında geniş yayılmışdır. Şirvan Abşeron ərazisi üçün ənənəvi olunmuşdur. Quruluşuna və sadəliyinə görə məscidin portalı saray məscidinin daha sadə portalına bənzəyir. Bununla belə onun naxışlarının az saylı detalları - giləyə bənzər medalyonları və çatma tağın stalaktit daşları eyni ərazinin abidaləri ilə oxşarlığını göstərir. Kiçik altı tərəfdən yonulmuş və altı dəfə təkrar olunan Əli sözü təkrar olunmuş tağın üzərindəki medalyon da bu növ detallara aiddir. Həmin tağın üzərində iki sətirli yazı paleoqrafik xüsusiyyətlərinə görək onlara yaxındır.

Məscidin daxili quruluşu Şirvanşahların həyətinə və sərdabalına oxşardır. Onların əsasını xaç şəkili gümbəzli, giriş qaplarında, otaqların tərkibində cüzi dəyişikliklər olan dəqiq plan təşkil edir. Kvadrata bənzər planın künclərində ibadət zalına bitişik dörd kiçik otaq yerləşmişdir. Zalın mərkəzi kvadratı kürəşəkilli taxçalar çatma tağlarla örtülmüşdür. Xaç şəkilli plan o dövrdə geniş yayılmışdır. Sərbəst gümbəzaltı dirəklər, bəzi abidələri çıxmaq şərti ilə, nadir hallarda rast gəlmək olardı.

Məscidin şimal otaqları ( onların biri portal ilə birləşmişdir ) daha uzun proporsiyalıdır. Kvadrat otaqların müxtəlif çatıları vardır: qərb tərəfdəkilərin üzərində gümbəz, şərq tərəfdəkilərin üzərində lay daşlardan ibarət mürəkkəb naxışlı qatı. Qiblə cənub hissədəki şalbanbaşının üzərindəki mihrabla işarə olunmuşdur, mihrabın yarım gümbəzi sadə şəkilli stalaktitə dirənmişdir. İnteryerin ifadəliliyi ayrı-ayrı hissələr arasındaki mütənasibliyin saxlanılması ilə əldə edilmişdir.


Tarix: 25.02.2013 / 21:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 352 Bölmə: Məscidlər
loading...