Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aldım məktubunu
Aldım məktubunu

Aldım məktubunu, aldım sevincək;
Oxuyub nə haldan nə hala düşdüm!
Axı bir qadına səni indicə,
İndicə nə qədər tərifləmişdim...
O fikrə getmişdi, qəlbində, deyən,
Qadın mənliyini boğurdu bir qəm:
Bəlkə düşünürdü: axı mən niyə
Belə təriflorə layiq deyiləm...
Dondurdu gözümü hər sətrin buzu,
Hər sualın şübhə, hər nidan eyham.
Mən səni heç yerdə, a zalım qızı,
Bu ürək sahibi tanıtmamışam!
Hanı məktubunda bir yarpaq ürək,
Hicran nöqtələri, sevgi xalları?
Bir ayna vicdana çirkab çiləmək –
Bu kimin əlidir, kimin, de barı?
Çevrildi başıma bir əzab dağı,
Günəşdən üstümə qar ələndi, qar.
Kişi xörəyinə zəhər qatmağı
Ustalıq bilməyib bizim analar...
Onlar hər günahı saymayıb günah,
Bu özü, qanana güllə deyilmi?
Kişi günahım üzə vurmamaq
Kişiyə vurulan şillə deyilmi?
Xəyahın hardasa səni gəzirdi,
Aldım məktubunu, sevinim, gülüm,
Məktubun bir qucaq kədər gətirdi,
Nə olar, kədər də səndəndir, gülüm!


Tarix: 25.05.2015 / 12:57 Müəllif: Aziza Baxılıb: 272 Bölmə: Məmməd Araz
loading...