Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Badımcan mürəbbəsi (marmelad) resepti

Tərkibi:
3 kq xırda badımcan
9 st. su
4,5 kq şəkər tozu
1 ç.q. limon turşusu
1 ç.q. soda
mixək, hil, darçın və s. xoşunuza gələn ədviyyat

Hazırlanması:
Badımcanları yuyub qabığını soyun. Sonra dərhal sodalı suya qoyun. 4 saat saxlayıb yuyun, çəngəllə deşin.

Qazanda su qaynadın. Badımcanları qaynayan suya salıb təxminən 5 dəqiqə bişirin. Sonra aşsüzənə yığıb soyudun.

Su və şəkər tozundən şərbət bişirin. Badımcanları ləyənə yığıb üstünə şərbəti tökün. Yarım saat bişirin. Ədviyyatı bez torbaya doldurub mürəbbənin içinə salın. Mürəbbəni ocaqdan götürüb tam soyudun. Sonra limon turşusu əlavə edib yenə qaynadın. Bu qayda ilə badımcanları tam hazır olanadək bişirin: badımcanlar şəffaf, suyu isə qəhvəyi olmalıdır.

Ədviyyat dolu torbanı mürəbbənin içindən çıxarın. Badımcanları sterilizə edilmiş bankalara yığın, üstünə şərbət töküb ağzını bağlayın.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:23 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Mürəbbələr
loading...