Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Limonlu balqabaq mürəbbəsi resepti

Tərkibi:
1 kq balqabaq
1/2 budaq vanil
1 limon
800 q - 1 kq şəkər tozu

Hazırlanması:
Balqabağın qabağını soyub dənələrini təmizləyin. Kubik doğrayıb şəkər tozunun yarısını üstünə səpin, 6-8 saat saxlayın.

Limonun üstünə qaynar su töküb 5 dəqiqə saxlayın. Dilim, yaxud kubik doğrayın. Bunu şəkər tozunun qalanı ilə birlikdə balqabağa əlavə edin.

Vanil budağını ortadan bölün, içinin toxumlarını çıxarın, hamısını birlikdə balqabağa əlavə edin. Ocağın üstünə qoyub qaynara düşməsini gözləyin. Qaynara düşəndə 10 dəqiqə bişirin. Sonra ocaqdan götürüb tam soyudun. Daha iki dəfə bu üsulla bişirin (10 dəqiqə bişirib tam soyutmaqla). Bankalara doldurmazdan öncə vanil budağını mürəbbənin içindən çıxarın.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:21 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Mürəbbələr
loading...