Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saturnun tövbəsi (kitab)

"Saturnun tövbəsi" - Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Munisə Dadaşqızıdır.

Məzmun

Qədim Roma mifologiyasına görə, əkin-səpin allahı Saturn anasının təhriki ilə övladlarına nifrət edən atası Urana əl qaldırır və hakimiyyəti əlinə alaraq onun yerinə keçir. Özü valideyninə qarşı göstərdiyi münasibətdən xoflanan Saturn, sonradan bu aqibətin təkrarlanacağından qorxaraq, övladları Vesta, Demetra, Yunona, Ork, Neptunu diri-diri gəmirərək udur...
Çingiz Abdullayevin "Mənim gözəl alibim" və "Üçüncü variant" kitablarının əsas qəhrəmanı Solaxay ləqəbli killerin mifologiyanın qəhrəmanı Saturna nə kimi bənzəri ola bilər? Amansız həyat hətta ata-oğul münasibətlərinə də öz düzəlişlərini verir. Müharibə, iztirablara yanmayan həyat yoldaşının qeyri-insani hərəkətləri, hətta dövlətin dağılması bu miqyasda kiçicik görünə bilən həyat faciəsinə - sevən atanın Saturna çevrilməsinə gətirib çıxarır.


Tarix: 14.03.2013 / 21:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 166 Bölmə: Kitablar elm
loading...