Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quranda Məryəm oğlu İsa haqqında

Qurani Kərimə görə, İsa Allahın bir peyğəmbəri olub. İsanın Allahın Oğlu olması islamda qeyri-mümkün bir olay kimi qəti şəkildə rədd edilir. İslama görə, İsa Allaha çox yaxın bir peyğəmbər olub.

4:156.Onlar həm də küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, 4:157.bir də: "Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"– dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. Bu surədə "Onlar" yəhudilərə aiddir.

112.əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi (Məkkədə nazil olmuşdur, 4 ayədir) Bismillahir–rəhmanir-rəhim!

(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: "(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!"


Tarix: 12.03.2013 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 403 Bölmə: Kilseler
loading...