Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəsturilik

Nəsturilik -xristianliqda bidətçi məzhəblərdən biri.Banisi Nəstur(Nestor; 380-440) o zaman Bizansın əyaləti olan Suriyada təvəllüd tapmış,Konstantinopol patriarxı seçilmişdir(428).Nəsturilik Yaxın və Orta Şərq ölkələrində,o cümlədən Azərbaycandada geniş yayılmışdır.Nəsturilik ortodoksal xristianlıqla bir araya sığmayan müddəalarla çıxış etmiş,buna görə də rəsmi dairələrdə bidətçi kimi qarşılanmışdır.Nəsturilik məzhəbinin tərəfdarları belə hesab edirdilər ki,"İsada iki təbiət,iki sima vardır.Müqəddəs Məryəm Allahı yox,yalnız bizə bənzəyən bir insanı doğmuşdur".İlahi və insanın iki substansiya,iki inostas,iki təbiət olduğunu iddia edən Nəstur göstərirdi ki,tam ilahi ilə insan birləşərək çevrilib vahid Məsih,vahid təbiət olmuşdur.Nəsturinin bəzi tərəfdarları isə Allahı və qeybdəki hər şeyi görməyi mümükün sayırdılar.


Tarix: 12.03.2013 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: Kilseler
loading...