Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bibliya tənqidi və xristian əqidəsi

Bibliyanın qədim əlyazmalarının fərqli variantlarının olması xristianların Bibliyanın Allah tərəfindən qorunub-saxlandığı inancına xələl vermir. Hələ eramızın III əsrində xristian müəllimləri Origen və Antakyalı Lukian cüzi xətaların və müxtəlif versiyaların Bibliyanın əsas ideyasını və təlimlərini dəyişdirmədiyini qeyd ediblər. Müasir Kilsənin qənaətincə, Müqəddəs Yazıların orijinal əlyazmalarının qorunub-saxlanmaması gerçəkliyi faciə deyildir. Bibliyanın üzünü köçürənlərin zəhməti sayəsində bu gün əlimizdə olan əlyazmaların tədqiqi göstərir ki, əhəmiyyətsiz fərqlərə baxmayaraq, Müqəddəs Kəlamın "ruhu" və mənası əlyazmaların hamısında eynidir.


Tarix: 12.03.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Kilseler
loading...