Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arıqlara qara xəbər: kök kişilər sizdən daha gec...

Kök kişilərlə arıq kişilərin cinsi həyatlarındakı fərqlə bağlı maraqlı araşdırma aparılıb. 2 il davam edən araşdırmanın nəticələri "İnternational Journal of İmpotence Research” jurnalında dərc olunub.

Erkən boşalma problemi yaşayan 104 xəstə, 180 sağlam kişi üzərində aparılan araşdırma zamanı kişilərin çəkisi artdıqca, erkən boşalan xəstə sayının azaldığı ortaya çıxıb.

Normal müddətdə boşalanlar daha çox kök kişilərdir. Tez boşalan kişilər normal vaxtda boşalanlara nisbətən daha arıqdırlar. Bu da çəkiylə boşalma arasında tərs mütənasiblik olduğunu göstərir. Daha uzun müddətli münasibəti olan kişilərdə piylənmə ehtimalı erkən boşalanlara nisbətən 3 dəfə artıqdır.

Mütəxəssislər bu nəticələri hormonal dəyişikliklərlə əlaqələndirirlər. Çəki artdıqca esterogen artımı və testosteron azalması baş verir.

Araşdırmaya görə, piylənmə yaşayan kişilər yataqda daha uzun müddət qalırlar.


Tarix: 25.11.2014 / 13:59 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Kişiler haqqında
loading...