Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevməyi bacaran kişiləri...

Kişilər situasiyaya ümumi baxır, qadınlar isə diqqəti daha çox xırdalıqlara yönəldirlər.

Məsələn , gəlin baxaq görək, kişi və qadın kitab alarkən nəyə fikir verir? Bu zaman kişilərin əksəriyyəti kitabın mündəricatına baxır. Qadınlar isə adətən kitabı səhifələyib içindən bəzi cümlələri oxuyurlar. Oxuduqları 3-5 cümlə əsasında kitabı alıb-almamaq barədə qərar verirlər. Qadınlar əsasən intuisiyalarına arxayındırlar və bu hiss çox hallarda onları yanıltmır. Əgər bir xanım həyat yoldaşı haqqında "mən onun həyatında başqa bir qadının olduğunu hiss edirəm” deyirsə, 90 faiz haqlı çıxır, hərçənd onun düzgün nəticəyə gəldiyini sübut edən heç bir fakt yoxdur. Amma zərif cinsin xırdalıqlara bu qədər əhəmiyyət verməsi, bəzən əsas hadisələrin diqqətdən kənar qalmasına səbəb olur.

Məsələn:

Qadın: Əzizim, bu gün harda idin?

Kişi: Britaniya kraliçasının yanında.

Qadın: Həyətdə nə gördün?

Kişi: Xalçanın üstündə siçan gördüm.

Müşahidə qabiliyyəti qadinlar üçün gündəlik situasiyalarda xarakterikdir. Stress və əsəb vəziyyətində isə onlar "başlarını itirirlər” və müşahidə qabiliyyəti aşağı düşür. Lakin onların başqa bir üstünlüyü var. Qadınlar insanları mimika , jest və baxışlardan daha tez anlayırlar. Onların intuisiyasının gizli məqamı da budur. Ona görə də kişilər qadınları çox vaxt aldada bilmirlər. Hərçənd xanımlar kişiləri çox asanlıqla aldadırlar. Qadını aldatdığını zənn edən güclü cinsin nümayəndələrini məyus etmək məcburiyyətindəyik, çünki qadınlar öz şübhələri barədə danışmırlarsa bu, o demək deyil ki, onlar nədənsə bixəbərdirlər. Psixoloqlar deyir ki, kişilərdə xolerik temperamentin əlamətləri mövcuddur. Onlar aydın iradə nümayiş etdirir, özünəinam hissi var, enerjilidirlər və bir az da səbirsizdirlər. Kişilər daha çox aqressivlik və inadkarlıqla xarakterizə olunur. Ona görə də xolerik temperamenti kişi temperamenti kimi qəbul etmək olar.

Qadın təbiətinə isə sanqvinik və melanxolik temperament xasdır. Onlar daha hərəkətlidirlər , hisslərini açıq şəkildə biruzə verirlər və əhvalları tez-tez dəyişir. Qadınlar bir qayda olaraq özlərini bədbəxt hiss etdikdə aqressiv olurlar. Kişilərin qətiyyəti və riskə meylliyi qadınların ehtiyatını tamamlayır. Kişilər məişət xırdalıqlarına qarşı diqqətli olmasalar da qadınların yüksək estetik tələbatları var.

Kişilər başqası üzərində güc nümayişindən və intellektli görünməkdən zövq alırlar. Qadınlar isə daha çox insanpərvər olurlar, xüsusilə insanın daxili aləminə önəm verirlər. Qadınlar kişilərdən daha çox emosionaldırlar. Güclü cinsin nümayəndələri hisslərini cilovlamağı bacarır. Qadınlardan bunu tələb etmək isə ağılsızlıqdır. Qadınlarda əhval-ruhiyyə dəyişkəndir. "Hər bir qadın mələkdir” deyirlər , amma əsəbi qadın "ifritə”yə də çevrilə bilər. Qadınlar cəza tətbiqinə sərt, iş yerində və evdə münaqişələrə isə həssas reaksiya göstərirlər. Onların hadisələrə özünəməxsus yanaşması var. Bütün bunlarla yanaşı qadınların təxəyyülü və fantaziyaları daha çox inkişaf edib ki, bu da reklam işində onlara sərf edir.

Zərif cinsin nümayəndələrində üz ifadələri tez-tez dəyişir, hətta qarşı tərəf bunu müəyyənləşdirməyə belə imkan tapa bilmir. Kişilərdə isə yalnız iki üz ifadəsini görmək mümkündür: iyrənmək və laqeydlik.Qadınların əsəb sistemi də sabit deyil. Buna görə də onların emosional vəziyyəti dəyişkəndir.

Bir az da sevgiyə münasibətdən danışaq.

Hər iki cins özlərini bəyənir. Qadın ona görə özünü bəyənir ki, artıq onu sevən var. Kişi isə ona görə özünü bəyənir ki, seks zamanı qarşı tərəfdən zövq alır. Gecəni kişi ilə keçirməzdən əvvəl qadın özünün sevilib-sevilmədiyini müəyyənləşdirir. Kişi isə qadınla keçirdiyi gecədən sonra onu sevib-sevmədiyinə qərar verir. Çünki qadınlar üçün məqsəd məhəbbətdir, seks isə vasitə. Kişilərdə isə əksinədir. Qadınlar çox şey istəyir, amma bir kişidən istəyir. Kişilər isə bir şey istəyir , amma çox qadından. Zərif cinsin nümayəndələri sevdiklərini dilə gətirməsələr də asanlıqla aşiq olurlar. Kişi isə aşiq olmaqdansa, "səni sevirəm” deməyi asanlıqla bacarır. Kişilər hörmət nümayiş etdirən qadınları sevir, qadınlar isə sevməyi bacaran kişiləri.


Tarix: 25.11.2014 / 13:58 Müəllif: Aziza Baxılıb: 123 Bölmə: Kişiler haqqında
loading...