Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər ev işi görməlidir?

Əminəm ki,bu suala əksər kişilər "yox” deyə cavab verəcəklər.Hər şeydən əvvəl qey edim ki,bu sualın konkret cavabı yoxdur və ola bilməz də.Yəni "bəli,təbii ki,kişilər ev işi görməlidirlər,əks təqdirdə bu evlilik davam edə bilməz”-deyə hökm vermək mümkün olmadığı kimi,”kişi evdə iş görməməlidir,ev işi qadın işidir”-deyə hökm vermək də olmaz.Bu işdə ən böyük səhv məsələni tərəflər üçün kompleksə çevirməkdir.Bu cür münasibət evliliyə zərbə vuran ən böyük amillərdən biridir.Elə isə ,”Kişi ev işi görməlidirmi?”sualına belə cavab vermək olar:”Hər hansı bir fiziki qüsuru yoxdursa,təbii ki,görə bilər.”Ancaq bu bir məcburiyyət deyil.Burada da əsas məsələ tərəflər arasında sağlam ünsiyyətin olmasıdır.Ancaq o vaxt kişi həyat yoldaşına kömək etməkdən zövq ala bilər.Yəni kişi bunu məcburiyyətdən çox,bəzən bir "qarşılıqlı yardım” kimi qəbul etməlidir.Elə isə qadınların bu məsələdə təzyiq göstərmələri,məqsədlərinə çatmadıqları təqdirdə isə ciddi problemlər yaşamaları yersizdir.Əgər bir qadına evdə kömək lazımdırsa,bunu şikayət və ya kişilərin ifadəsi ilə "dırdır” vasitəsinə çevirməməli,səmimiyyətlə ehtiyacını və səbəblərini ifadə etməlidir.Beləliklə,kişinin "inad etmək” ehtimalı da aradan qalxmış olar.Təbii ki,burada hər iki tərəfin gərgin iş həyatını da nəzərə almaq lazımdır.Belə ki,işləyən bir qadının ev işlərində həyat yoldaşının köməyinə ehtiyac hiss etməsi normaldır.Bunun üçün yenə də şikayət,təəssüf və s. Kimi "münasibətləri” bir tərəfə qoyaraq hər iki tərəfin də qəbul edə biləcəyi bir plan qurmaq olar.Əslində ev işi bağlı məslələr və ya tərəflərin bu məsələyə münasibəti evlilik ərəfəsində müzakirə edilməli,hətta bu məsələ "evlilik müqaviləsinə” də daxil edilməlidir.Məsələnin başqa tərəfi isə valideynlərin oğlan uşaqlarına bəzi vərdişləri qazandırmamalarıdır.Yəni oğluna evdə heç bir məsuliyyət yükləməyən və "sən kişisən”deyə bəhanə gətirən valideynlər bu mövqelərindən əl çəkməlidirlər.Əgər tarazlığı qoruya bilsəniz,oğlan uşağına qazandırdığınız bu vərdişlər gələcəkdə onun ailə həyatına da müsbət təsir göstərər.


Tarix: 23.11.2014 / 21:33 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Kişiler haqqında
loading...