Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürək sağlamlığı üçün bilməniz vacib olan məsləhətlər

Ürək-damar və ya ritm pozuqluqları, dünya miqyasında tanınan xəstəliklərdir. Bu istiqamətdə günümüzdə bir çox maarifləndirmə işləri aparılıb.
Dünya Ürək həftəsi ilə əlaqədar Türkiyənin Memorial Ataşehir Xəstəxanasıda ürək sağlamlığını qorumaq üçün bir sıra məsləhətlər verib.
Mütəxəssislərin fikrincə daha çox hava çirkliliyi, stress, nizamsız məskunlaşma, düzgün qidalanmamaq, ətraf mühit və s. problemlər ürək damar xəstəliyi nisbətini artırır.
Ürək sağlamlığına gün boyu edilən yüngül məşqlər, aktiv həyat tərzi və işgüzarlıq yaxşı təsir göstərir. Bunun üçün hər gün yarım saat təmiz hava gəzintisi yetərlidir.
Yaxşılaşma prosesinin bir parçası olan idmanda hamıya lazımdır. Xüsusən zəif immuniteti olanlara. Çünki, bədəndə maddələr mübadiləsinin yaxşılaşması və immunitetin güclənməsi daha çox idmandan asılıdır.
Lakin, bəzi xəstələrə ağır idman məşqləri məsləhət görülmür. Daha çox ürək xəstələri buna fikir verməli, xəstəliyin növünə görə idman sahələrini seçməlidir. Bəzilərində qaçış zamanı sinə ağrıları, ürək döyüntüləri ola bilər. Ona görə həkim müayinəsi və məsləhəti vacibdir.
Koronar anomaliya ani ürək böhranları və ritm pozuqluqları arasında iştirak edir. Ürəkdə olan ritm problemləri də hər yaş qrupunda görülə bilər.
İrəli yaşlarda ritm problemləri daha sıxdır və digər ürək xəstəlikləri ilə əlaqəlidir. Ağır idmanla məşğul olanlarda ürək divarı da qalınlaşır.
Bu səbəbdən idmançı olmayanların ağır idman məşqlərinə başlamazdan əvvəl kardioloqa müraciət etmələri məsləhət görülür.
Ritm problemlərinə qarşı alına biləcək tədbirlərin bəzilərinə stressdən uzaq olmaq, ideal çəkiyi qorumaq və nizamlı məşq etmək daxildir.
Heyvani transyağlardan uzaq durmaq, siqaret və spirt istifadəsini dayandırmaq da yaxşı təsir göstərir.


Tarix: 16.01.2015 / 12:53 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Kardiologiya
loading...