Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana südünü necə artırmaq olar?

Başda uşağın atası olmaqla bütün ailə və həkimlər ana südünün vacib olduğunu deyir.

Ana südünü necə artırmaq olar?
Uşaq əmizdirən qadınlar üçün qida rasionu
Süd, 2-3 stəkan qatıq, pendir 60 qr, ət, 3-4 porsiya balıq, yumruta, təzə meyvə və tərəvəzlər, düyü, az miqdarda makaron və çörək.
Əmizdirmək üçün sinələrin dolmasını gözləməyin
Uzun müddət əmizdirin
Uşağın bir döşün südü bitinə qədər əmməsini gözləyin
Sonra isə o biri döşə keçin
Uşağı əmizdirərkən çılpaq olmasına diqqət edin
Fikrinizi ancaq uşağa və əmizdirməyə verin
Ana dincəlməli və qidalanmasına xüsusi fikir verməlidir
Əmzik və ya şüşə verməyin


Neçə saatdan bir əmizdirmək lazımdır?
Uşaq dünyaya gəldikdən sonra uşağın çılpaq olaraq ana sinəsinə toxunmasını və təmasda olmasını təmin etmək vacib detallardan biridir. Ən gec bir saat ərzində əmizdirilməlidir. Bəzi uşaqlar tez, bəziləri isə qidanı gec qəbul edir. Lakin nə olursa-olsun uşaqlar heç vaxt nə istədiyindən artıq, nə də istədiyindən az əmmirlər. İlk həftə tez-tez və nizamsız olaraq qida qəbul etmək istəyirlər. Buna görə də uşağın əmmək istəyini ilk həftələr rədd etməyin. İki həftəndən sonra uşaqlar 2-3 saatdan bir əmmək istəyirlər. Yadınızda saxlayın ki, ilk aylarda uşaqların əmizdirməyin dəqiq saatları və rejimi olmur. Uşaq istədiyi vaxt əmizdirilməlidir.


Tarix: 06.01.2015 / 11:51 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Körpəyə qulluq
loading...