Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaş qruplarına görə uşaq necə qidalanmalı?

Piylənmə və insulin müqaviməti nisbəti, ölkələrdə artmağa davam edir. Bununla yanaşı görülmə sıxlığı daha kiçik yaşlarda uşaqları müşahidə edilir. Buna görə də bütün dünya körpəlik və məktəb əvvəli çağdan etibarən uşaq və körpə bəslənmə mövzusunda edilən təklifləri davamlı inkişaf və yeniləməyə ehtiyacı duymağa başladı.

"Birləşmiş dövlətlər Kənd Təsərrüfatı Nazirliyi (USDA) uşaqların bəslənməsində alınan kalorinin çoxunun kompleks karbohidratlar və yağsız zülallardan təmin edilməsi və yağlardan gələn enerjinin yüzdə 20-ə keçməməsini təklif edirlər. Tibb İnstitutu və USDA'nın məktəb əvvəli və məktəb çağı uşaqları üçün hər qida qrupundan istehlak etməsi təklif qidalar aşağıdakı kimidir. "

Tərəvəzlər: Üstünlüyü təzə və yaşıl rəngli tərəvəzlərə verin. İspanaq, şirin kartof, kök ən yaxşı seçimdir. Qarğıdalı və kartof kimi nişastalı tərəvəzlərə daha az qida elementi daxildir.

Meyvələr: Çiyələk, ərik, moruq, şaftalı və alma kimi qidalardır. Uşağınız üçün vitaminlə zəngin olan təzə meyvələri seçim edin. Meyvə suları təzə də olsa minimum səviyyədə istehlak müddətinə diqqət yetirin.

Taxıllı qidlar: Tam və çox taxıllı unlar, tam taxıl çörəkləri, yulaf əzməsi, tam taxıllı və şəkərsiz səhər yeməkləri, əsmər düyü, yarma və tam buğda un məmulatlarını seçim edin. Ağ çörək və düyünü evdən mümkün olduğunca uzaq tutun.
Ətlər və quru paxlalılar: Hər gün, az yağlı bir zülal qaynağı mütləq qəbul edilməli. File, az yağlı qiymə, toyuq, balıq, yaşıl mərcimək, quru paxla və ya yumurta ... zülalı zəngin qidaları mütləq qaynadılmış, bişmiş və ya qızartma olaraq hazırlanmalı, qətiliklə qızartılmamalı.

Süd Məhsulları: Süd məhsullarının daha az yağlı olanları seçilməli.

Yağlar: Maye yağlarını seçim edin. Zeytun yağı və fındıq yağı istifadə edilə bilər.
Yağlar və şəkərli qidalar: Kərə yağı, xama, şəkərli qarğıdalı qidaları, içki və şəkər istehlakını mümkün olduğunca azaldın.

Məktəb əvvəli dönəmində isə qatı qidalara başlarkən diqqət yetirilməsi lazım olan kiçik detallar ola bilər. Məsələn 6 aydan sonra qatı qida məhsullarına keçəndə nahar və ya şam yeməyindən əvvəl ana südü verilməli. Ardından bir taxıl məhsulu (ümumiyyətlə arpa, sonra düyü və yulaf), tərəvəz və ya meyvə püresi gəlməli. Necə ki uşağınıza paxla yedirməzdən əvvəl bir keks verməsəniz, eynilə körpənizə də əsla şirin bir qidanı ana yeməyindən əvvəl verməməlisiniz.


Qatı qidalar ilə tanış olma: 6-12 ay
Aşağıda körpənizin ilk dada biləcəyi yeməklər iştirak edir. Banan və avokadodan başqa hamısı bişmiş, qaynadılmış və ya buxarda bişirilmiş olmalıdır.

Süd məhsulları: Ana südü, mannı məhsulları və ya qatıq
Meyvələr: Alma, şaftalı, avokado, banan, nektar, ərik, armud, ərik, balqabaq
Ətlər: Toyuq və ya hinduşka əti
Tərəvəzlər: Balqabaq, yaşıl lobya, noxud, kök, balqabaq

"Özüm yemək" ayları: 12-24 ay
Yuxarıda əlavə olaraq bu dövrdə başqa yeməkləri də körpənizə yedirə, damaq dadını inkişaf etdirə bilərsiniz.

Süd məhsulları: Tam yağlı qatıq, kənd pendiri, krem ​​pendiri, pasterizə pendir, dondurma
Taxıllar: Makaron, tam taxıllı çörəklər
Meyvələr: Üzüm növləri, kivi, manqo kimi tropik meyvələr
Zülal: Yumurta sarısı, az yağlı ətlər, quru paxlalılar
Tərəvəzlər: Qulançar, brokoli, gül kələm, ispanaq

Yemək yeməmək üçün inad edilən aylar: 24-36 ay

Süd məhsulları: Aşağı yağlı süd, istəndiyi müddətcə bütün pasterizə pendirlər
Taxıllar: Bütün taxıl növləri, üstünlük tam taxıllı və çox taxıllı variantlar
Meyvələr: Üzüm növləri, moruq, böyürtkən, qırmızı üzüm, portağal, limon, yarım və ya dörddə birlik boşqablar halında verilə
Zülal qaynaqları: Tam yumurta, az yağlı balıqlar (ton və ya somon kimi ağır metal hopdurma riski olanlar istisna olmaqla) yağlı toxumlar
Tərəvəzlər: Çuğundur, qarğıdalı, xiyar

Məktəb Əvvəli Dövr
Ümumiyyətlə məktəb əvvəli dövrdə uşaqlar gündə 1000-1400 kaloriyə ehtiyac duyar. Bu yaş qrupu üçün aşağı qida ölçüsü 5-6 kiçik pay qəbulu uyğundur.
1 su stəkanı tərəvəz, 1 orta boy meyvə, 90 qr taxıl qrupu, 60-90 qr qədər ət və quru paxlalılar qrupu, 2 su stəkanı süd qrupu, 3 şirin qaşığı duru yağ qəbul edilməlidir. Bunun yanında yağlı və şəkərli qidalar mümkün olduğunca azaldılmalı.


Tarix: 05.01.2015 / 16:13 Müəllif: Aziza Baxılıb: 128 Bölmə: Körpəyə qulluq
loading...