Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1-3 yaş arası körpələrin fiziki və psixoloji inkişaf dövrü

1-3 yaş arası fizioloji xüsusiyyətləri : Körpə ilk ilə nisbətən daha hərəkətlidir; iməkləməyə, yavaş yavaş yeriməyə başlamışdır. 18 aydan sonra stulda rahatlıqla otura bilər. Qaça bilər ancaq ani dönüşlərdə tarazlığını itirə bilər, topa təpik vura bilər. Qaşığı doğru şəkildə tutar və ağızına apara bilər, vasitə istifadə edərək edərək çatmaq istədiyi obyekti tuta bilər. Kitab səhifələrini üçər-beşər çevirər, kağızı qatlamağa çalışar, taxta küpləri qutudakı yerlərinə yerləşdirə bilər. İstənincə özünün, oyuncağının ya da başqasının gözünü, qulağını, ağzını göstərə bilər. Danışılanları, söhbətləri maraqla dinləyər, aralarda müxtəlif səslər çıxararaq danışmağa çalışar.Davamlı iməkləyərək evin hər yerinə gedib öz diametrində sınaq və araşdırmalar edər.Fərqli şeylər görməkdən, fərqli səslər eşitməkdən fərqli xüsusiyyətli şeylərə toxunmaqdan zövq alar. Əşyaların səslərini eşitmək və səslərindəki fərqləri görmək üçün əlinə keçən əşyaları yerə atar, hətta şkaflardakı əşyaları da yerə atmağa çalışır. Parçaya, şüşəyə, taxtaya, metala toxunaraq test etmək istər və hər yeri, hər şeyi əlləri ilə yoxlayar. Bu yollarla öyrənər, qəbul etmə duyğuları inkişaf edər. Hər şeyi ağızına aparıb dadına baxma davranış forması bu dövrdə yavaş yavaş azalar. Uşaqlarının bu cəhdlərini sərt reaksiya ilə qarşılayır, "sınaq"lar etməsinə icazə verməzlər.Əlbəttə onu təhlükələrdən qorumaq lazımdır, ancaq bu məqsədlə həddindən artığa qaçıb uşağın özünü və ətrafını tanıma işləri mane törədilməməlidir. Evdə gəzişməsinə, qırılmayacaq əşyaları yerə atıb səsini eşitməsinə, özünə və ətrafına bir zərər verməyəcək şəkildə əşyalara toxunmasına, sınaqlar etməsinə icazə verin..

1-3 yaş arası QİDA QƏBULU Ana südü 2 yaşından etibarən artıq kəsilməlidir. Körpə ilk 6 ay yalnız ana südü ilə qidalanmalıdır. 6 aydan etibarən əlavə qidalara keçə bilərsiz. 1 yaşından sonra yediyiniz hər şeydən körpəyə də yedirə bilərsiz. 1 yaşından etibarən uşağınıza qaşıq - çəngəl istifadə etməsini öyrətməlisiz. Sizinlə birlikdə yemək masasına otursun, ayrı qabı, çəgəli və qaşığı olsun. 1-3 yaş arasında da uşağınızın gün ərzində 4 dəfə qidalanmasına diqqət yetirin. Südünü, ətini, yumurtasını, tərəvəz və meyvəsini, unlu qidalarını nizamlı və balanslı götürməsində diqqətli olun. Yemək yeyərkən uşağın edəcəyi mənfi bir hərəkət qarçısında dərhal reaksiya verib, cəza vermə üsulunu seçməyin. Yeməkdən əvvəl uşağın çox yorulmamasına diqqət edin. Cizgi flim izləmək ya da oyun oynamaq bu dövrdə uşaqlar üçün daha maraqlıdır. Buna görə də yemək yemək istəməyə bilərlər. Ayrıca yemək seçmə problemi də bu dövrdə başlayır. Ümumiyyətlə belə dövrlərdə uşaq yemək seçiciliyi etdiyi üçün şəkər, tort və şokalad kimi zərərli qidalara yönəlirlər. Buna çox diqqət yetirməlisiz. Yeməkdən əvvəl belə qidaların qəbuluna mane olmalısız, yemək saatları mövzusunda dəqiq olmalısız.

1-3 yaş arası psixoloji xüsusiyyətləri;Bu dövr üçün aparıcı fəaliyyət əşyavi - manipulyativ fəaliyyətdir. Bu zaman əşyalarda manipulyasiya ön plana keçir. Uşaq ona verilən əşyaları (oyuncaqları) əli ilə yoxlayır, söküb-dağıdır, qırıb - sındırır, bir-birinə calayır. Beləliklə, əşyaların xüsusiyyətlərini dərk edib, başqa sözlə uşaqlar öz idrak tələbatını ödəyir. Körpəlik yaşında uşaq əşyavi əməliyyatlara keçir. Bu prosesdə yaşlılar yenə də əhəmiyyətli rol oynayır. Lakin vasitəsiz emosional ünsiyyət axra plana keçir. Bu mərhələdə özünə məxsus "əşya fetişizimi" meydana çıxır: Uşaq əşyaların arxasında sanki yaşlı adamı görmür.

Uşağının İnkişaf Xüsusiyyətləri;Bu dövrdəki uşaqlar çox maraqlıdırlar və hər şeyi araşdırıb kəşf etmək istəyərlər. Çox cəsarətlidirlər və onların bu araşdırıcı təbiətləri yetişkinləri qorxuda bilər. Bu səbəblə, məhdudlaşdırılmadan nazərət etmələri gərəkli ola bilər.Diqqət müddətləri 2-5 dəqiqə kimi çox qısadır. Ancaq bir şey onlara çox maraqlı gəlirsə daha uzun bir müddət fəaliyyətə qatıla bilərlər. Bu dövrdə uşaqlar tez-tez "xeyr" sözünü istifadə edər və hətta çox xoşlandığı bir şeyi istəyib istəmədiyi soruşulduğunda dərhal xeyr deyə bilərlər. Bu səbəblə onlara "yemək istəyirsənmi?" deyə soruşmaq yerinə, "nahar vaxtdıdır" deyə ifadə edə bilərik. İki yaşındakı uşaq ancaq iki - üç sözlük cümlələr qura bilər. Bu dövrdə maraq duyğularının da bir nəticəsi olaraq, tez - tez "nə, nə üçün, harada" kimi suallar soruşarlar. Ancaq onlar danışdıqlarından daha çox sözü anlaya bilərlər.

1-3 yaş arası körpələrin fiziki və psixoloji inkişaf dövrü
Uşağının İnkişaf Xüsusiyyətləri; 1.5 - 2 YAŞ ARASI
1.Bəzi əşyaları və ya canlıları şəkillərindən tanıyar və göstərər. 2. Şəkillərdə olan yaxınlarını tanıya bilər, ancaq özünü tanımaya bilər.3. Etməsi istənilən sadə istəkləri yerinə yetirə bilər. Oyuncaqlarını səbətə toplaya bilər. 4. Maraq sahəsində diqqət topalama və xatırlama müddəti, təxminən 15 dəqiqədir. 5. Yeni fəaliyyətlər sınayar; bacara bilmədiyində, əvvəl ustalaşdığı bənzər bir davranışı təkrarlayaraq həll axtarar. 6. Taxta fiqurları qutudakı yerlərinə yerləşdirə bilər. 8. Əsasən bir sözlü cümlələrdən istifadə edir, lakin bununla birgə iki sözlü, bəzən isə üç sözlü cümlələr qurar.9. Sevdiyi insanları və əşyaları paylaşmaq istəməzlər. Hisslərini ifrat dərəcədə hiss etdirər. Utanma, qorxu, hirs, qısqanma kimi duğular meydana çıxar.10. Digər uşaqlara maraq artar. Onlarla birlikdə olmaq-oynamaq istər.11. Artıq iradəli şəkildə tualet etməkdədir.


3 YAŞ UŞAĞININ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
1. Böyük və kiçik əzələ fəaliyyətlərində daha müvəffəqiyyətli, daha çox idarəyə sahibdirlər.2. Daha istəkli, əlaqədar yoldaş canlısı və daha müstəqildirlər.3. Hekayə dinləmək və təkrarlamaqdan xoşlanarlar. Diqqət müddətləri hələ çox qısadır.4.Üç və daha çox söz ehtiva edən cümlələr qura bilərlər. Hələ səhvli danışmaqla birlikdə danışmalar daha aydın olar şəkildədir. İk i- üç əmri arxa arxaya yerinə gətirə bilərlər.5.Qaçmağı daha yaxşı bacarar; küncləri rahatlıqla dönər, sürətini artıra bilər və azalda bilər.6.Ayaqqabılarını (ümumiyyətlə tərs) geyinə bilər; ancaq bağcıqlarını bağlaya bilməz. 7.Sadə geyimləri geyinə bilər və ya soyuna bilər. 8. Küpləri üst üstə qoymada ustalaşmışdır. 9-10 küplə qala edə bilər. 9.Su dolu bir stəkanı daşıya bilər; suyunu içə bilər. Çəngəllə yemək yeməyə başlar. Qaşıq istifadə etmədə ustalaşmışdır.10.Bucaqlı, şaquli xəttlər çəkə bilər. Bir insanı normal çəkə bilməz. Dairəvi xəttlərdən istifadə edər. 11.Tualet ehtiyacını ifadə edər. Ancaq, zaman zaman, oyuna daldığında ya da bəzi gecələr, xəbər vermə gecikə bilər.12.Dairə, kvadrat, üçbucaq şəkilləri uyğunlaşdıra bilər; yerinə yerləşdirə bilər; ancaq bu şəkilləri çəkə bilməz.13.Ana rəngləri tanıyar və uyğunlaşdıra bilər. 14.Durmadan sual soruşar. 15.Uyğun olan və olmayan davranışlarıyla əlaqədar reaksiyaları anlaya bilər; bunlara görə özünü yönəldə bilər.

Oyuncaq növləri:
0-2 yaş arasında oyun növləri: Səs, şəkil və rənglərə hassasdırlar. Oturmağa başladığında əşyaları ağzına salar, yeriməyə başladığında isə atar. Xəyali oyunlar başlar. İnsanların və hadisələrin təqlid edildiyi oyunlar başlayır. Əşyaları oyuncaq kimi istifadə edər (çubuq-at). 3 yaşa kimi dəvam edir.
3 yaşa qədər oyun növləri; Bu yaşda uşaqlara cizgi film qəhramanlarına maraq yaranır. Bu qehramanların oyuncaqları və ya onların istifadə etdiyi əşyalar daha maraqlıdır. Bundan əlavə uşaqların puzzle kimi oyuncaqlar uşaqların inkişafına müsbət təsir göstərər.


Tarix: 03.01.2015 / 12:06 Müəllif: Aziza Baxılıb: 117 Bölmə: Körpəyə qulluq
loading...