Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

4D çap texnologiyası yaradıldı - FOTO
4D çap texnologiyası yaradıldı - FOTO

Müasir "3D" printerlər ən müxtəlif əşyaları (oyuncaq, silah, qida və ya fərdi protez) yaratmağa imkan verir.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, Avstraliyanın Vullonqonq Universitetinin alimləri bu sahədəki mövcud işləmələri təkmilləşdirməyə qərar verərək "4D" çap texnologiyasını yaradıblar. Tədqiqatın nəticələri "Macromolecular Rapid Communications" jurnalında dərc edilib.

"4D" çap texnologiyası dedikdə real obyektlərin yaradılması üçün üç ölçüdən istifadə deyil, həm də vaxt amili nəzərdə tutulur.

"4D" printer obyekti adi "3D" printer kimi lay-lay çap edir, ancaq çap üçün plastikdən deyil, başqa materiallardan istifadə edilir. Avstraliyalı alimlər eksperiment üçün xarici amillərin təsiri altında öz həcmini dəyişdirmək qabiliyyətinə malik hidrogel materialını seçiblər.

Tədqiqatçılar sınaqlar zamanı "ağıllı" ventil yaradıblar: onun üzərinə isti su axdıqda avtomatik bağlanır.
Alimlərin fikrincə, onlar tərəfindən hazırlanmış texnologiya geniş tətbiq perspektivlərinə malikdir və yaxın gələcəkdə dünyanı dəyişdirə bilər.


Tarix: 04.05.2015 / 12:08 Müəllif: Aziza Baxılıb: 200 Bölmə: Internet Yenilikleri
loading...