Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Google 12 yaşında!

İnternet deyildiyində ağla gələn ilk sayt, internet istifadəçilərinin olmazsa olması, internetin inkişafında böyük rolu olan sayt, inkişaf etdirdiyi xidmətlər ilə internetdəki hər anımızı onunla keçirdiyimiz yeganə sayt - AXTARIŞ MÜHƏRRİKİ - Google 12. yaşını qeyd edir.

Artıq istifadəçilər bir saytın ünvanını bilsə də, saytın ünvanını internet səyyahının ünvan yerinə yazmaq yerinə Google-a yazır və o sayta elə daxil olur. Ağılımıza bir şey gələndə "Dayan baxaq bir' Google əmiyə soruşaq nədir bu?" deyərək müraciət etdiyimiz dünyanın ən çox ziyarət edilən saytı Google bu gün 12-ci ad gününü qeyd edir.

Google-un hər əhəmiyyətli gün, ya da bənzər günlərdə dəyişdirdiyi məşhur Google Logosu (doodle) bu gün öz ad günü üçün dəyişdi. Bu gün Google-a girən istifadəçilər bir ad günü tortu ilə qarşılaşdılar.

Google, ilk zamanlarda ad gününü 7 Sentyabr olaraq qeyd etsə də, daha sonraları bu tarix 27 Sentyabr olaraq qeyd olunmağa başlandı.

Google yalnız Axtarış Mühərriki xüsusiyyəti ilə deyil, digər ödənişsiz olaraq təqdim etdiyi xüsusiyyətləri ilə də gündəlik həyatımızın üz döndərmədiyimiz halına gəldi. Hətta daha da irəli gedərək artıq mobil telefonumuza daxil oldu (Android mobil əməliyyat sistemi ilə).

"Google-suz bir internet necə olardı görəsən" deyə düşünmək belə Google-un əhəmiyyətini şərhə yetər yəqin :) Xoşbəxt illər Google Əmi :)


Tarix: 21.11.2012 / 13:26 Müəllif: [Ram] Baxılıb: 634 Bölmə: Internet Yenilikleri
loading...