Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Vikipediya”da Azərbaycan kontenti artır

Bu günə onların sayı 100 mini ötüb.

“Vikipediya” onlayn ensiklopediyasında Azərbaycan dilində olan məqalələrin sayı 100 mini ötüb və beləliklə, bu layihə “Vikipediya”nın 10 000+ bölməsindən 100 000+ bölməsinə keçib.

Oxu.Az “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, Azərbaycan dilində “Vikipediya” 2004-cü ilin yanvarından “az.wikipedia.org” ünvanında fəaliyyətə başlayıb.

“Vikipediya”da Azərbaycan kontentin artırılması üçün ötən il Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) ilə birgə araşdırmalar aparıb.

Araşdırmanın nəticəsi olaraq, “VikiHərəkat” layihəsi həyata keçirilib və bu çərçivədə “Vikipediyaçının masaüstü kitabı” hazırlanıb. Hazırda Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında ölkəmizlə əlaqədar məlumatların inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilir.


Tarix: 30.03.2014 / 14:15 Müəllif: ADMIN Baxılıb: 106 Bölmə: Internet Yenilikleri
loading...