Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən Qayıdacam, Can

(Verse:PRoMete)
Kömək üçün uzanan hər əl geri boş dönür
Nəsə hər kəs agressiv, elə bil azalıb, sevgi sönüb
Yada kölgə boy atıb
Üstümüzdə haqqı olan hər kəs nəsə çox minnətbaz olub
Daha çox minnətdar olum
Daha çox çalışım gərək cənnətdən olum
Yoxsa ki zülm-i cəhənnəm burda da var
Orda da bunu daşımalı olacaq bu boyun
Bu oyun heç-heçəyə qalmır heç vaxt
Bura necə gəlmisənsə eləcə də ora gedəcəksən
Sən öl hələ səni sevəcəklər, bəlkə heykəl də qoydular
Amma hələ ki, döz, qoy dərivi də soysunlar
Diri-diri basdırsalar da əsas dastan qoşsunlar

(Nəqarət: Miri Yusif; AiD)
Ürəyim tək deyil - parçalanmış qəlblər arasında
Həyat mənə güc verir - o xoşbəxtdi, ancaq, yuxusunda
Bu hisslər fikirlər ancaq mənə döz deyir,
Amma, mən yaşayacam...


(Verse: AiD)
Həyat hər açıdan bir cür görünür
Əslində necə düz görünür
Əyri yolları gedən biziksə
İtən biziksə, səbəbkar kimdi?
Qorxmuram ki, bitər sözlərim
Bitməz nə qədər görür bu gözlərim
Yanındayam, ürəyini sıxma
Hara getsəmdə bil qayıdacam
Cizgilərim çox vaxtsız qocalır saralan yarpaqlar kimi
Qəlb günahsız uğrunda qanlar tökülən torpaqlar kimi
Sən gül hələ, sən yaşa hələ
Gözlərini qırpma gün düşsə belə
Vaxt ötsə belə, gec deyil yaşamaq
Gör nə qədər sənə inanlar var

(Nəqarət: Miri Yusif; AiD)
Ürəyim tək deyil - parçalanmış qəlblər arasında
Həyat mənə güc verir - o xoşbəxtdi, ancaq, yuxusunda
Bu hisslər fikirlər ancaq mənə döz deyir,
Amma, mən yaşayacam...


(Verse: L-Mir)
Biz hələ çox şeyi verəcəyik qurban, əsas olanı dərk etmək üçün,
Axtaracayıq bəhanələr, vətənimizi tərk etmək üçün.
Hələ çox şey qalacaq xəlvətdə, üzdə ola-ola,
Çəkəcəyik cəza, günah əlbəttə sizdə ola-ola.
Bakının havası hər dəyişdikcə, bil sənin də dəyişəcək donun,
Marağlıdır görəsən nə cür qalacağsan yaddaşında onun.
Sabah bizi xatırladan bir şey olacaqsa onda lağ-lağ lətifələrdir,
Gözündən tək yaxşılığın gəlir, Bakı, kaş yaş gələrdi.

(Nəqarət: Miri Yusif; AiD)
Ürəyim tək deyil - parçalanmış qəlblər arasında
Həyat mənə güc verir - o xoşbəxtdi, ancaq, yuxusunda
Bu hisslər fikirlər ancaq mənə döz deyir,
Amma, mən yaşayacam...

Yadıma düşəndə, gözümdən düşəndə, səmadan düşəndə
Mən qayıdacam, can...


Tarix: 30.03.2015 / 10:49 Müəllif: Aziza Baxılıb: 242 Bölmə: Host
loading...