Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənsiz

(Nəqarət)
Gündüzüm qaranlıq, gecəm uzundu, sənsiz
Yuxularım hamısı sənli, amma yozuldu, sənsiz
Dayaz qazdığım qəbrim dərin qazıldı, sənsiz
İstəməzdim belə olsun, amma alnım yazıldı, sənsiz


(verse:Dərviş)
Pianinomın ağ dillərində qara həyatım çalınır,
Hər gün, hər saat, hər an neçə - neçə mahnılar yazılır
Ürəkdə hər döyüntü, hər söküntü, üzdə ayrıca üzüntü
Hər baxışda məni öldürən, dəli edən görüntü
Çarə yoxdu, düşmüşəm qara dərdli sözlərin içinə
Girmişəm sənə görə 1001 gözəgörünməz biçimə,
Sevginin bütün lazımlı bütün həriflərini öyrənə bildim (bildim),
Onları bir-birinə qoşdum nə baş verdi bilmədiiim.
Sevgi qatarım bu gecə yola düşəcək- .... ölürəm,
Biletimin sifarişi gecikir mənsə - ...gülürəm (hahaha),
Sıxıldım həyatın mənə verdiyi qəribə sınaqlardan,
Yıxıldım sevginin mənə verdiyi sonsuz əzablardan,
Sevgi yaşamağa bir maraq üçün deyilmiş...
Sevgi ölümlə yaşamı ayıran sərhəd imiş....
Qurduğum sevgi tələrində özüm boğuluram (boğuluramm),
Qazdığım sevgi qəbirlərində özüm doğuluram (doğuluramm),
Qadağaları bazarında istəmədən satışa qoyulur
Nəsiminin hisslərini keçirdim oyuldum, soyuldum
Sözlərim keçicidir, hisslər isə əbədi payım
Bilmirəm varmı elə söz ki, keçirdiyim hissləri anladım?!.........
Gözlərimin qarasısan, mənə o qədər yaxınsan...
Ürəyimin arzususan, mənə o qədər lazımsan...
Vaxtında qədrini bilmədim indi əziyət çəkirəm...
Vaxtımızı boş yerə itirdik indi o günləri istəyirəm...
Mənim qara qanım sənin həsrətinlə tündləşir (qara qanım, qara qanım)
Bədənimdə yeganə ürək artıq kədərə öyrəşir
Etdiyim bütün əməllərim indi mənə qarşı birləşir,
Sui qəsd hazırlanır həyatım sənsizləşir.
Ağlım öz yerindən uçur, beynim qalıb boş qab kimi
Sevinməyə olan həsrətim artıq tükədir səbrimi
Heçkim başa düşmür məni(yox),
Heçkim anlamır dərdimi(yox),
Heçkim görmür kim bu qədər parçalayıb qəlbimi.
Sənli günlərim, indi sənsizliyimlə vuruşur
Sənsiz günlərimdə isə, ağ bayraqlar uçuşur...
Sakin hisslərim olan dövlətimdə səfərbərlikdi indi,
Sahildən uzaqlaşmışam buralar çox dərindi.
Qayıtmağa can atıram,yol,3il, 5 il də olsa,
Yerinə yetişdirərəm ölsə bir güllərim solsa.
Hələlik mən acizəm sən hakimsən qərarlara,
Hələlik azalıb ümidim qalanında isə yara.

(Nəqarət)
Gündüzüm qaranlıq, gecəm uzundu, sənsiz
Yuxularım hamısı sənli, amma yozuldu, sənsiz
Dayaz qazdığım qəbrim dərin qazıldı, sənsiz
İstəməzdim belə olsun, amma alnım yazıldı, sənsiz


(verse:Felon de Jure)
Məhbus idi hisslərim,dünya başıma dolanan anda.
İçimə dolmuş izlərin,süpürgəsini əlimə alanda
Sanki mən doğulmamışdım 19 il əvvəl anadan
Ahım indi şamlı otaqda yaralı qanadam
Suirepresiyam du qəlbin intihar nəfəsi,
Hər addımımda çox daha gec yarmaq üçün eşq qəfəsin,
Qələmimlə gor eşərkən,baş daşım xəyallarımdı
Satın alınan bahalı qəlbim indi şəxsi qandalımdı
Sussun artıq istəklər,mənim özümə özüm bəsdi
Səssiz andım,sükutu yenidən bərpa etməkdi
Nə nifrətdi içimdə nə sevgi,qaranlığım doğdu günahı
Tövbə uzun salnamə isə bu səyfəm də bir parçası
Qan pıtrası məni yaradılışıma qaytar,axtar içdə bəlkə gec də olsa qurtar
Saxlar bu ayaqlar məni,çəpərli tər eşqdən
Bir divar tək var adlar bağlı qapılı keçmişimdə
İçmişəmsə eşq şərbəti,məni boğan zəhər olub
Xeyri şər sevinci dərd üzdə gülüşü soldurub
Yetər kədər,ömür kədər,gələr keçər neçə nəfər,
Bilə bilər,sevən sevər,hasar çəpər,düşər mənə bəşəəəəər!


(verse:ErranT)
Bu geniş dünyada həyatım eyni tonla davam edir (davam ediiir),
Kağız, qələm, sənə hissim və mikrafonla davam edir (davam ediiir),
Biləklərimdə qanla davam edir bu sənsizlik,
Qəmlə yaşatdım indiyə qədər istəyirəm qəmsizlik.
Nəyə lazım bu qəlbsizlik? qalmadı səbir məndə
Qorxuramki, ölər ürək, ölər beyin qəfil məndə
Amma onu bilirəmki, var yeganə olməz hissim.....
Sənə sevgim olub mənə bu həyatda dar qəfəsim
Gəldimki, sənin olum sənsə mənə "get!" demisən (get get get)
Mən tənha bir adayam, sən uzaq keçən gəmisən,
Mənim qəlbim bu gəmini görüb sevinən insandı,
Sənin Qəlbin Bu Gəmidə Kapitandı! (kapitaaan)
Qəddarlığın canla dolub, mənsə heç vaxt ölməyəcəm
Göz yaşım, ya qanım axsın heç birini silməyəcəm (yoox),
Dönməyəcəm fikrimdən sən də ölsən, mən də ölsəm,
Al əlimdən qələmimi əgər dönsən (əgər dönsən)!

(Nəqarət)
Gündüzüm qaranlıq, gecəm uzundu sənsiz
Yuxularım hamısı sənli, amma yozuldu sənsiz
Dayaz qazdığım qəbrim dərin qazıldı sənsiz
İstəməzdim belə olsun, amma alnım yazıldı sənsiz


(verse:Qaraqan)
BoyFriend - GirlFriend sevgi olub - oyuncaq
Həyatda qiymət hərşeyə itir ona əlin çatınca
Ürək soyuq, ürək ölü sevgiylə dolmur artıq (dolmur artıq),
Güllər də süni düzəldilir indi solmur artıq (solmur artıq).
Günəşə qar yağdı bax, buz oldu günəş söndü
Hər dəfə xətt çəkildi damara daha bir ümid öldü
Saatlar tənbəlləşdi, Arzular uzaqlaşdı
Gecələr qollarım tənhalıqla qucaqlaşdı
Sevməyin eyibi varmı?... Ziyanı xeyiri varmı? (həə?)
Bilmirəm onun mənə bircə qram meyili varmı?( həə?)
Şeytanla mələk kimi, sözlərim külək kimi
İnsana ağrı kədər verən yoxdu ürək kimi...
Gözlərim qulaq asmır .. deyir "baxmaq da olmaz?"
Qana damar türməsindən azadlığa axmaq da olmaz?
Yaşamağa qoymur məni ... mənə ölmək də olmaz?
Sevirəm neyləyim bağışla ... sevmək də olmaz?
Dənizlər odlanır, alovlu dalğalar
Qəlbimin boş saraylarında uçur qarğalar
Biz fərqli insanlar....
Deyirsən sevmə ..necə?
Oxudum alın yazımı..
Orda yazılıb...
GECƏ!!!....

(Nəqarət)
Gündüzüm qaranlıq, gecəm uzundu, sənsiz
Yuxularım hamısı sənli, amma yozuldu, sənsiz
Dayaz qazdığım qəbrim dərin qazıldı, sənsiz
İstəməzdim belə olsun, amma alnım yazıldı, sənsiz(x3)
Gündüzüm qaranlıq, gecəm uzundu, sənsiz


Tarix: 30.03.2015 / 10:45 Müəllif: Aziza Baxılıb: 455 Bölmə: Host
loading...