Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sürətli heyvanlar

Vəhşi heyvanların yaşamaq üçün ən çox ehtiyac hiss etdikləri şey qaçmaqdır. Bu, bəzən onlara ovçularından xilas olmaq,
bəzən də ovlarını əldə etmək üçün lazımdır. Ancaq hər iki halda məqsəq eynidir: yaşamaq. Elə isə dünyanın ən sürətli heyvanları
hansılardır? Aşağıda onlardan bir neçəsini sizə təqdim edirəm...

1. GepardPişik ailəsinin bir üzvü olan gepard dünyanın ən sürətli məməli heyvanı kimi ilk yeri tutur. Çünki gepardların sürəti nə az,
nə çox, düz 120 kilometrə çata bilir. Ən qəribə məqam isə onun bu sürətə 3 saniyədə çatmasıdır.

2. Amerika antilopu (və ya başqa adı
ilə Pronqhorn antilopu)

Dünyanın quruda yaşayan ən sürətli ikinci heyvanı isə şimali Amerikada yaşayan Amerika antilopudur. Onu qovan yırtıcılardan
qaçmaq üçün saatda təqribən 90 kilometr sürətlə qaçır. Bu “qabiliyyətini” isə o, olduqca böyük olan ağ ciyərlərinə və ürəyinə borcludur.

3. Zubr (və ya başqa adı ilə Avropa bizonu
)
Masai Maranın geniş düzənliklərində sürü şəklində yaşayan zubrlar “sürət çempionları” siyahısında üçüncü yeri tuturlar.
Zubrlar saatda ən azı 80 kilometr sürətlə qaçırlar. Ancaq onları başqalarından fərqləndirən ən əsas məqam zubrların bu sürətlə
sürü şəklində qaçmalarıdır. Təsəvvür edirsinizmi? Minlərlə (bəlkə də, on minlərlə) heyvan və saatda 80 kilometr sürət...


4. şir



Meşələr kralı şir bu siyahıda ancaq dördüncü yerdə qərar tutur. Təqribən 80 kilometr sürətlə qaçan şir həm də öz ovlarının
ən qorxulu kabusudur. Ancaq Asiyavə Afrika meşələrində böyük şöhrət qazanan şirlərin də öz qorxulu kabusları
var. Əlbəttə ki, ovçular...
5. Kisəli antilop



Cənub-qərbi Afrikada yaşayan kisəli antiloplar saatda 80 kilometr sürətlə qaçırlar. Həm böyük sürətə, həm də böyük çevikliyə
malik olan bu antilopları ovlamaq üçün insanlar əhilləşdirdikləri dişi antiloplardan istifadə edirlər.
6. Adadovşanı



Avropa və Qərbi Asiyada yaşayan adadovşanları vəhşi heyvanlardan və ovçulardan qaça bilmək üçün saatda təqribən 75 kilometr və daha çox sürətlə qaçırlar. Avropalı əslzadələri böyük ov “mərasimlərində” yoran məşhur dovşanlar da elə onlardır...


7. Qırmızı tülkü



Ezop təmsillərinin gizli qəhrəmanı olan qırmızı tülkü də saatda 75 kilometr və daha çox sürətlə qaçır. Ancaq qırmızı tülkü bu sürətdən bəzən adadovşanlarını ovlamaq, bəzən isə ovçulardan qaçmaq üçün istifadə edir.

8. Qrant ceyranı



Qrant ceyranı şərqi Afrikanın yaşıl ovalarında yaşayır. Gepard kimi yırtıcı düşmənlərindən qaçmaq üçün təqribən 70 kilometr və daha çox sürətlə qaçır. Ancaq qrant ceyranının sürəti 120 kilometrə çatan geparddan xilas olmaq üçün yeganə yolu gepardın yorulmasını gözləməkdir. Əslində, onun başqa bir yolu da yoxdur...


9. Tomson ceyranı



Tomson ceyranı Afrikanın geniş düzənliklərindəyaşayır. Onu ovlamaq istəyən yırtıcı heyvanlardan qaçmaq üçün isə təqribən 75 kilometr sürətlə qaçır.

10. At



Dünyanın ən sürətlə qaçan heyvanları arasında bəlkə də yeganə əhilləşdirilmiş heyvan atdır. Yüz illər boyu insanlara tarix yolunda “sirdaş olan” atların sürətləri növlərindən asılı olaraq dəyişsə də, saatda ən azı 70 kilometr və daha çox sürətlə qaça bilirlər...


Tarix: 09.12.2014 / 14:47 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Heyvanlar aləmi
loading...