Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhabələrə dair seçilmiş hədislər

• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “İnsanların xeyirlisi yaşadığım dövrdə yaşayanlardır. Sonra onları təqib edən (tabiunlar), sonra da onları təqib edən (təbəut-tabiun) gəlir.” (Səhihi-Müslim, Kitabu Fədailus-Səhabə, c.VII, səh. 479-480)

• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Əshabıma dil uzatmaqdan uzaq durun. Məndən sonra qəti onları hədəf tutmayın. Kim onları sevərsə məni sevdiyinə görə sevmiş olar. Kim də üz çevirərsə, məndən üz çevirdiyi üçün olar. Onlara əziyyət verən mənə əziyyət vermiş olar, mənə əziyyət verən isə Allaha əziyyət verir deməkdir. Allah, özünə əziyyət edəni yaxında yaxalayar. (Mişkatül-Məsabih. c.III .səh.219, Hədis ?6005)

• Peyğəmbər (s.ə.s) buyurmuşdur: Məni görüb iman edənlərə müjdələr olsun, məni görənləri də görənə müjdələr olsun. (İbn Həcər əl-Əsqəlani, əl-Mətalibul-Aliyyə, c. IV, səh. 156)


Tarix: 26.04.2013 / 21:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 220 Bölmə: Hedisler
loading...