Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər («Biz axirət savabını istəyənin savabını artırar, dünya qazancını istəyənə də o

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) Allahın: «Biz axirət savabını istəyənin savabını artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz» (əş-Şura 20) - ayəsini oxuduqdan sonra dedi: «Qüdrətli və qüvvətli Allah buyurur: «Ey Adəm övladı! Mənə ibadət etmək üçün vaxt ayır, Mən də sənin qəlbini zəngin edim, səni kasıbçılıqdan qurtarım. Yox əgər belə etməsən, onda Mən sənin ürəyini dərd-sərlə doldurar, sənə üz vermiş kasıbçılığı aradan qaldırmaram».

(Hakim 3657; əl-Beyhəqi «Ədəb» 803; İbn Macə 4107, 4246. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 1359) səhih olduğunu qeyd etmişdir.)


Tarix: 24.04.2013 / 22:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Hedisler
loading...