Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (“İxlas” surəsini oxumağın fəziləti)

Əbu Darda (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Sizdən biriniz bir gecədə Quranın üçdə birini oxumağa acizdirmi?” (Səhabələr ): “Quranın üçdə biri necə oxuna bilər?” deyə soruşduqda, Peyğəmbər (s.a.v) belə buyurdu: “Qul huvallahu əhəd” Quranın üçdəbirinə bərabərdir!”

Aişə (r.a) belə rəvayət edir: “Peyğəmbər (s.a.v) bir kişini bölük başçısı olaraq göndərmişdi. O kişi yanındakılarla namaz qılarkən daimə “Qul huvallahu əhəd” surəsini oxuyardı. Onlar qayıtdıqda bunu Peyğəmbərə bildirdilər. Peyğəmbər (s.a.v) belə buyurdu: “Ondan nəyə görə bunu etdiyini soruşun.” Səhabələr o kişidən soruşdular. O, belə dedi: “Çünki “İxlas” surəsi əl-Rəhmanın sifətidir. Mən də onu oxumağı sevirəm.” Peyğəmbər (s.a.v) belə buyurdu: “Ona xəbər verin ki, Allah da onu sevir!”


Tarix: 23.04.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 78 Bölmə: Hedisler
loading...