Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi Hədislər (Uca Allahın Cənnət Əhlindən Razı Qalması)

Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Ulu və uca Allah Cənnət əhlini çağırıb buyuracaq: «Ey Cənnət əhli!» Onlar: «Buyur, ey Rəbbimiz, əmrinə müntəzirik!» - deyə cavab verəcəklər. Allah soruşacaq: «Razı qaldınızmı?» Onlar deyəcəklər: «Bizə nə olub ki, razı qalmayaq?! Axı Sən bizə, yaratdıqlarından heç kəsə vermədiyin nemətləri bəxş etmisən!» Allah buyuracaq: «Mən sizə bundan da yaxşısını verəcəyəm!» Onlar deyəcəklər: «Ey Rəbbimiz! Bundan yaxşı nə ola bilər ki?» Allah buyuracaq: «Mən Öz rizamı sizə halal edirəm və bundan sonra Mənim sizə heç vaxt qəzəbim tutmayacaq».
(əl-Buxari 81. Kitəbur-Riqaq 51 (6067, 6549); ət-Tirmizi 2555.)

Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allah Cənnət əhlini Cənnətə saldıqdan sonra onlara buyuracaq: «Artırmağımı istədiyiniz bir şey varmı?» Onlar deyəcəklər: «Xeyr, ey Rəbbimiz! Sənin bizə verdiyindən üstün nə ola bilər?!» Allah buyuracaq: «Mənim rizam daha böyükdür!»
(İbn Hibban 7439. Şueyb əl-Arnavut hədisin isnadını qüvvətli adladırmışdır.)


Tarix: 23.04.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 90 Bölmə: Hedisler
loading...