Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağı güvəcə necə öyrətməli?

Uşağınıza ayaqyolundan istifadə etməyi onun 2-3 yaşında öyrətmək olar, çünki ayaqyolundan istifadə etmək üçün əzələ gücü lazımdır ki, bu da uşaqların erkən dövründə hələ əmələ gəlmir.

Uşağı ayaqyolundan istifadə etməyə öyrədərkən uşaq güvəcə və ya ayaqyoluna getməkdən imtina edəndə məcbur etməyə qəti cəhd göstərməyin. Bu onda ayaqyolundan istifadə etmək haqqında səhv fikirlər yarada bilər, düşünə bilər ki, ayaqyolundan cəza məqsədi ilə istifadə edirlər. Bu prosesdə sizin məqsədiniz uşağa kömək olmaqdır. Əgər ilk cəhdlər zamanı uşağınızın güvəcə və ya ayaqyoluna getməyi ( sidiyə və ya nəcis üçün) alınmırsa ruhdan düşməyin, əksinə alındığı halda tərifləyin, amma qədərində, çünki çox tərifləsəniz o, elə qəbul edə bilər ki, bunu digər insanların da yanında edib tərifə layiq görülmək olar.

Uşağı ayaqyolundan istifadə etməyi öyrətməkdən əlavə, istifadə zamanı gigiyenik təmizliyə riayət etməyə, istifadədən sonra su buraxmağa və əllərini sabunla yumağa vərdiş etdirməyiniz vacibdir. Əgər bunları öyrətməsiniz hər istifadədən sonra əl yumamağa vərdiş edən uşağın gigeyenik normalara riayət etmədiyi üçün müxtəlif xəstəliklərə yoluxmasına gətirib çıxaracaq.
İlk istifadələr zamanı valideynlər mütləq uşağa bu işdə kömək göstərməlidir. Artıq uşaq az-çox ayaqyolundan istifadə etməyi öyrəndikdən sonra valideyn ikinci plana çəkilməli və sadəcə nəzarət etməlidirlər. Uşaq ayaqyolundan sərbəst istifadə etməyə vərdiş etdikdən sonra valideyn iştirakına ehtiyac olmayacaq, amma buna baxmayaraq vaxtaşırı nəzarət etməyiniz məsləhətdir. Uşaqda ayaqyolundan istifadə etməyi vərdiş halına gətirmək üçün ilk olaraq valideynlər onunla uşaq bezləri, onun tez-tez dəyişilməsi və bezlərin çirkliyinin onun ixrac etdiyi sidik və nəcislə bağlı olduğunu izah etməyə cəhd göstərməlidirlər. Bununla bərabər hələ istifadə müddətindən çox-çox əvvəl uşağı güvəc (qorşok) və ayaqyolu çanağı (unitaz) ilə tanış etmək lazımdır. Uşaqların ayaqyolu çanağında əyləşməsi üçün xüsusi uşaq oturacaqlarını artıq şəhərimizdə tapmaq mümkündür. Nümunə götürüb təqlid etməklə körpəniz ayaqyolundan sərbəst istifadə etməyi öyrənəcək və artıq özünü burada komfortlu hiss edəcək.Uşağı ilk olaraq ayaqyolundan sidiyə çıxmağa üçün öyrədin. 3 yaşında artıq uşaq quru oyana və gün ərzində quru qala bilər. Bunu da qeyd etmək lazımdır ki, qızlar bu məsələdə oğlanlardan daha tez inkişaf edir.


Tarix: 06.12.2012 / 11:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 816 Bölmə: Hamiləlik
loading...