Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valideyn iqtidarının zəruriyyəti

Ailədə hər kəsin dərəcə və səviyyəsinin qorunub saxlanması mühüm məsələlərdəndir. Ailədəki dərəcə silsiləsinin zəruriyyətlərindən biri bəzi ailə üzvlərinin daha çox iqtidar sahibi olmasıdır. Kifayət qədər iqtidar sahibi olub ədaləti qorumaq öhdəyə düşən məsuliyyəti yerinə yetirməyin lazımi şərtidir. Ailədə ən çox və ən mühüm vəzifələr valideynlərin üzərinə düşdüyü üçün onlar digər ailə üzvlərindən daha iqtidarlı olmalıdır. İstər nəzəri, istər dini baxımdan ailədə valideyn idarəçiliyinin zəruriyyəti təsdiqlənmişdir. Valideynə tabe olub, onunla dostluq etmək lazımdır. Valideynlər yalnız qarşı tərəfi günah işlətməyə məcbur etdikləri zaman onlara itaət etmək olmaz. Hətta bu vəziyyətdə belə onlarla ədəbli davranaraq etirazı bildirmək lazımdır.

Valideynin ailədə iqtidarını qoruyub saxlaması və ailəyə aid mühüm rolunu asanlıqla icra etməsi üçün dinimiz valideyni incidən bəzi adətlərin düzgün olmadığını elan edir. Allahın insandan razılığı valideynin razılığına bağlıdır, yəni hər kəsin valideyni ondan razı olarsa Allah da ondan razı olar. Əksinə edən, yəni valideynini qəzəbləndirən Allahı qəzəbləndirmiş olur.

Əgər ailədə dərəcə (ata, ana, böyük övlad və s.) silsiləsi qorunmazsa, valideyn iqtidarını əlindən verərsə, mühüm qərarlar verməli olduğu halda övlad sevgisinə yenilərək onların yersiz istəklərinə təslim olarsa, yaxud ailə üzvlərinin fikrini öyrənmədən qərarlar verərsə ailənin nizamı pozular. Ailədə əsas rola malik olan valideyn problemlərin həllinə qadir olmazsa ailə övladların məntiqsiz istəkləri üzündən ciddi zərər görə bilər. Bəlkə də elə bu üzdən peyğəmbərimiz buyurur : “Ya Rəbbim! Allahım olacaq övladdan sənə pənah aparıram!” (Yəni valideyninə əmr edib, onu özünə tabe edən övladdan hər kəsi Allah qorusun!)


Tarix: 08.01.2013 / 11:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 423 Bölmə: Hamiləlik
loading...