Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qalstuk kişilərdə Xərçəng yaradır

Ciddi şirkətlərdə işləyən kişilər hər gün qalstuk taxmaq məcburiyyətində qalır. Bəs qalstukun sizin sağlamlığınız üçün yarada bilkəcəyi təhlükələrdən xəbəriniz var?

Türkiyəli mütəxəssis və həkim Mehmet Yavuz bu barədəki araşdırmaları nəticəsində belə qənaətə gəlib ki, gün ərzində 8 saatdan çox qalstuk taxmaq kişiləri əməlli-başlı stressə salır. Sıx bağlanan qalstuklar kişilərdə baş ağrısına və damarların sıxılmasına səbəb olur. Hətta boğaz xərçənginin yaranmasına də yol açır. İşdəki gərginlik bir yana qalsın, məcburi ciddi geyim stili stressi daha da artırır. Beyin və boyunda da bəzi problemlər yaradır.

İflic edə bilər

8 saatdan çox qalstuk taxarkən bədəndən beynə qan göndərən damaralar sıxılır və qan dövranı zəifləyir. Bunun nəticəsində baş ağrısı, diqqət çatışmazlığı, balansı itirmək, bəzi hallarda boğaz xərçəngi yarana bilir. 70 yaşından yuxarı kişilərdə isə qalstuk iflic riskini artırır.

İnsanlarda stressi artıran qalstuk həmçinin tez-tez əsəbiləşməyə də səbəb olur. Belə adamlar qapalı yerlərdə və iclaslarda çox dayana bilmirlər. Bu hal kişilərdə boğaz xərçənginə təsir edən xroniki irritasyona (yandırıcı) səbəb olur. Ciddi xəstəliklərə qarşılaşmamaq üçün qalstuku çox sıx bağlamaq olmaz.


Tarix: 07.01.2015 / 11:18 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Həkim baba
loading...