Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanımlar üçün - ginekoloqa müraciət üçün 5 səbəb

+

Hamımız bilirki ki,ginekoloji xəstəlikləri ən erkən mərhələdə aşkarlamaq nə qədər vacibdir. Bunun üçün müntəzəm olaraq ginekoloqun müayinəsi gərəkdir. Lakin aramızdan çox az sayda qadınlar, müntəzəm olaraq ginekoloq qəbuluna gedirlər. Getməyən xanımlarımızın buna səbəbi və bəhanəsi çoxdur. Burada isə ginekoloqa getməyinizi vacib edən 5 səbəbi qeyd edəcəyik.
1.Menstrual tsiklin pozulmalarında.

Əgər aybaşı qeyri-müntəzəm olursa, kritik günlərdə özünüzü çox pis hiss edirsinizsə, onda bu simptomlar ümumilikdə cinsi sistemə də mənfi təsir gözstərir. Menstrual tsiklin ilk pozuntularında ginekoloqa getmək vacibdir, bu bir sıra qadın xəstəliklərinin inkişafının qarşısını almağa kömək edə bilər.
2.Kontraseptiv vasitənin seçilməsi üçün.

Bildiyiniz kimi arzu olunmaz hamiləlikdən qorunmağın üsulu tək prezervativ deyil. Kontrasepsiya üsulunun düzgün seçimini yalnız təcrübəli ginekoloq edə bilər. Düzgün seçilmiş həblər menstruasiyadan öncəki Gərkinlik Sindromunu zamanı müşahidə olunan xoşagəlməz simptomları aradan qaldıra bilər, bəzi nahiyələrdə arzuolunmaz tüklərin inkişafını azalda bilər,dərinin və saçların vəziyyətini yaxşılaşdıra bilər.
Özbaşına verdiyiniz qərarla seçdiyiniz kontraseptiv üsul sizin sağlamlığınıza mənfi təsir edə bilər. Sizin üçün ən əlverişli kontraseptsiya üsulunu yalnız həkim seçə bilər.
3.Cavanlığınızın qorunması.

Klimaks dövrünə girən qadınlara daha çox məsləhət olunur ki, ginekoloq müayinəsinə getsinlər. Klimaksda müşahidə olunan xoşagəlməz simptomları aradan qaldırmaq və bütün reproduktiv sistemin qocalma prosesini ləngitmək üçün bu vacibdir.
4.İltihabi prosesin profilaktikası üçün.

Əksəriyyət qadınlar bu problemlə qarşılaşırllar. Orqanizmdə olan iltihabi prosesin müəyyən simptomları heç də həmişə müşahidə olunmur. Buna görə də,xəstəliyi erkən mərhələdə aşkar etmək üçün həkimin müayinəsi lazımdır. Vaxtında və tez aparılan müalicənin köməyilə ,siz xəstəliyin gecikmiş mərhələsində mütləq tələb olunan uzunmüddətli və çətin müalicədən canınızı qurtarmış olarsınız.
5.Onkoloji xəstəliklərin profilaktikası üçün.

Erkən mərhələdə diaqnostika olunmuş onkoloji xəstəliklər əksəriyyət hallarda müalicəyə tabe olurlar. Misal üçün, qadında uşaqlıq boynunun xərçəngini vaxtında aşkar edə bilmək üçün ən azı ildə bir dəfə kolposkopiya və sitoloji müayinə olunmalıdır.
Buna görə də, 35 yaşını keçmiş xanımlar ən azı ildə bir dəfə ginekoloq müayinəsinə getməlidir.


Tarix: 20.11.2012 / 05:55 Müəllif: [Ram] Baxılıb: 2266 Bölmə: Ginekoloq Meslehetleri
loading...