Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Güzgü görmək

Yuxuda güzgüyə baxırsınızsa, bu, pis əlamətdir, narazılıqlarla qarşılaşacaqsınız. Kiminsə xəstəliyi sizi çox narahat edəcək. Yuxuda sınıq güzgü görmək qohumunuzun qəfil ölümünə işarədir.Yuxuda başqalarını güzgüdə görmək onların sizə qarşı ədalətsiz hərəkətinə işarədir. Yuxuda güzgüdə heyvan görmək təəssüf və itki əlamətidir. Gənc qadın yuxuda sınıq güzgü görübsə bu, uğursuz dostluq və çox da xoşbəxt olmayan evliliyə işarədir. Yuxuda güzgüdə öz sevgilisini solğun və üzgün görmək ölümə və nişanın baş tutmayacağına işarədir. Əgər o xoşbəxt görünürsə, aranızdakı yüngül soyuqluq, uzaqlaşma daha da artacaq. Yuxuda sadəcə güzgü görmək tezliklə yalanlar və maneələrə işarədir. Qadın üçün bu yuxu evdə mübahisələr və hətta boşanmaya xəbərdarlıqdır.

Güzgü ikiüzlülük, məxfilik əlamətidir.Yuxuda güzgüdə öz əksini görmək gözlənilməz xəbərlərə işarədir. Yuxuda güzgünü sındırmısınızsa,həyatda sizə yaxın insanın xəyanəti ilə üzləşəcəksiniz.Yuxuda güzgüdə divin əksini görmüsünüzsə, bu vədlərinizə əməl etmədiyinizə, daxili boşluğa işarədir. Yuxuda üzəri bulanıq güzgü görmək münaqişə və dedi-qodu qurbanı olacağınıza işarədir.Yuxuda güzgüdə öz əksini görməmək pis əlamətdir. Yuxuda güzgü qarşısında fala baxmaq qorxu, şübhə, sərbəst qərar verə bilməməyə işarədir.

Yuxuda güzgüdə öz əksinə baxmaq – real həyatda başqalarının sizin haqqınızda nə düşündüyünün sizə maraqlı olduğuna işarədir. Siz tez-tez öz hərəkətlərinizə kənardan baxaraq onları təhlil etməyə çalışırsınız. Güzgüyə baxıb öz əksinizi görməmisinizsə, belə yuxu pis qüvvələrin hakimiyyəti altında olduğunuza işarədir.Allaha sığının, çünki sizi ağır həyat gözləyir. Yuxuda sınıq güzgü dərin hüzn, kədərə işarədir. Sizi göz yaşları gözləyir. Yuxuda güzgü qarşısında fala baxmaq – real həyatda öz gələcəyinizlə çox maraqlandığınıza işarədir. Siz öz gələcəyiniz haqqında hər şeyi bilmək istəyirsiniz: zəngin və xoşbəxt olacaqsınızmı, neçə övladınız olacaq, sizə ətrafdakılar hörmət edəcəkmi? Yadda saxlayın ki, müxtəlif falçılara müraciət edərək siz yalnız mənfi qüvvələri özünüzə cəlb edirsiniz.


Tarix: 01.01.2014 / 15:24 Müəllif: Ebulfez Baxılıb: 185 Bölmə: G hərfi
loading...