Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdeal qadın yalnız öz kişisinə inanar

Əziz kişlər, kishi.az olaraq bu dəfə sizinlə ideal qadını adi qadından fərqləndirən əsas cəhətlər haqqında danışmaq istəyirik. Aşağıdakı xüsusiyyətlərə fikir verin və sevdiyiniz qadına nə dərəcədə uyğun gəlib gəlmədiyinə fikir verin.

1.Adi qadın hesab edir ki, kişi ona hər şeyi verməlidir, o özü isə heç nə etməməlidir.
İdeal qadın isə başa düşür ki, sevgi münasibətlərində verimli olmaq, kişini sevmək lazımdır, onda kişi də dönüb qızıl kimi ər olacaq və möhkəm münasibətlər qurulacaq.

2.Adi qadın öz ünvanına deyilmiş heç bir tənqidə dözmür.
Əsil qadın isə kişisinin onun ünvanına dediyi hər bir tənqidi fikri sakitcə qəbul edir və ondan lazımi nəticələr çıxarır.

3.Adi qadının fikrincə, qadın kişini döymək hüququna malikdir, kişi isə cavabında ona əl qaldırmağa cəsarət belə etməməlidir.
İdeal qadın isə hesab edir ki, ailədə zorakılıq olmamalıdır, ona görə də münasibətlərdə həmişə xeyirxah və rahat mühit yaratmağa çalışır.

4.Adi qadın kişisini rəfiqələri ilə müzakirə etməyə normal yanaşır, amma kişisi onu kimləsə müzakirə edəndə bunu isterikayla qarşılayır.
Əsil qadın isə hesab edir ki, münasibətlər yalnız iki nəfərə aid bir şeydir, buna görə də heç vaxt şayiələrə yol vermir, münasibətlərini və kişisini onun özündən başqa heç bir kəslə müzakirə obyektinə çevirmir.

5.Adi qadın yad kişilərin ona diqqət yetirməsini sevir, kənar qadınların onun kişisinə diqqət yetirmələrinə isə nifrət edir.
İdeal qadın isə özgə kişilərin diqqətinə tam laqeyd olub, yalnız sevdiyi kişinin diqqətini özü üçün vacib hesab edir. Öz kişisinin başqa qadınlara diqqət göstərməsini isə qısqanclıq üçün səbəb hesab etmir, çünki əsl qadının özünə güvəni həmişə tam olur.

6.Adi qadın kişiyə həyatı öyrətməyə çalışır, kimsə bu hərəkəti ona qarşı edəndə isə qəzəblənməyə başlayır.
Əsil qadın isə sevgilisinin fikirlərinə qulaq asır. Əgər onun fikirləri ilə razı deyilsə, haqlı olduğunu sübut etmək üçün inadlaşmır, əksinə onun mövqeyi ilə razılaşmadığını göstərməyərək təvazökarlıqla öz fikirlərini söyləyir. İdeal qadın daima dinc və konstruktiv dialoqa hazır olur.

7.Adi qadınlar öz şıltaqlıqlarını həyata keçirmək üçün tez-tez belə ifadələrdən istifadə edirlər: “Əgər, sən əsl kişisənsə bunu mənim üçün edərsən!”.
Əsil qadın isə şıltaqlıqlarının yerinə yetirilməsi üçün kişiyə təkid etmir, kişisindən gələn bütün hədiyyələri şadyanalıqla qəbul edir.

8.Adi qadınlar falçılara və ekstrasenslərə inanırlar.
İdeal qadın isə yalnız öz kişisinə inanır.

9.Adi qadınlar elə hesab edir ki, planetdəki bütün müharibələrin yeganə səbəbi kişilərdir və əgər hakimiyyəti qadınlara versəydilər, onda hər yerdə dinclik və harmoniya hökm sürərdi.
Əsil qadın isə feminist hədyanlara qapılmayıb, lazım olmayan yerlərdə güclülük iddiasında olmur, heç kəsi günahlandırmadan dincliyi və harmoniyanı evində və ailəsində özü yaradır.


Tarix: 06.01.2015 / 17:33 Müəllif: Aziza Baxılıb: 92 Bölmə: Gəl, tanış olaq
loading...