Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

50 yaşdan sonra qadınların cinsi istəyi artır

İngiltərədə aparılan bir araşdırmanın nəticəsində belə məlum olub ki, 50 yaşdan sonra qadınların cinsi istəyi artır, onlar 20 yaşlı qadınlara nisbətən daha aktiv həyat tərzi keçirməyə çalışırlar.
Bu nəticəyə gəlmək üçün tədqiqatçılar təxminən 50-55 yaş aralığında olan 1500 qadın arasında anket sorğu keçiriblər. Sorğu nəticəsinə görə bu yaşda həyat yoldaşını itirən, boşanan qadınlarla yanaşı, ailəli qadınlar da yeni sevgili axtarışına çıxırlar. Bu qadınların yüzdə 15-i öz yarını internet mühitində tapmağa çalışır.
20 yaşlı qadınlarla müqayisədə bu yaş aralığında olan qadınlar rəfiqələri ilə daha çox görüşməyə çalışırlar. Təcrübədə iştirak edənlər özləri etiraf ediblər ki, əgər onlar 30-40 yaş aralığında səs-küylü mühitlərdən qaçıb sakit həyat tərzi keçirmək istəyirdilərsə, artıq bu yaşda səs-küylü, əyləncəli mühitlər onlaraüçün daha maraqlıdır. Yəni, çoxlarımızın düşündüyü kimi evdə oturub nəvələri ilə vaxt keçirmək heç də bu yaşın nümayəndələri üçün əyləncəli deyil. Eyni zamanada araşdırma nəticəsi onu sübut edib ki, bu yaşda qadınların idmana olan marağı da 20-30 yaşlılarla müqayisədə daha çoxdur. 50 yaşlı qadınların təxminən 65%-i artıq bir neçə ildir ki, müntəzəm şəkildə idmanla məşğul olduqlarını bildirirblər. 20 yaşlılarda isə bu göstərici 45%-dir.
Qadın alt paltarlarını satışı ilə məşğul olan Playtex firmasının keçirdiyi araşdırma nəticəsində isə məlum olub ki, 50-60 yaş arası qadınların orqanizmi 20-30 yaşlılara nisbətən cinsi baxımdan daha aktiv olur. Elə bunun nəticəsində də bu yaşda qadınlar keçmiş “macəralı” həyatlarını geri qaytarmağa çalışırlar.


Tarix: 06.01.2015 / 18:31 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Gəl, tanış olaq
loading...