Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınları xoşbəxt etməyin yolları

Çoxumuz üçün qadınları xoşbəxt etmək, onların nə zaman nə istədiyini müəyyənləşdirmək qəliz məsələdir. Amma xəbəriniz olsun ki, əziz kişilər, qadınların üzünü güldürən səbəblər heç də siz düşündüyünüz qədər mürəkkəb deyil. Bilirsiniz ki, onlar incə detallara qarşı bizimlə müqayisədə daha diqqətcildirlər. Buna görə də qadınınıza qarşı göstərəcəyiniz hər incə, mehriban münasibət onun sizə və sizin sevginizə qarşı olan inamının birə-beş artmasına səbəb olacaq. İndi isə qadınları xoşbəxt edəcək incəliklər barəsində daha geniş söhbət edək.

Dadlı yeməklər bişirən kişi
Əziz kişilər, əvvəlcə bunu qəbul edək ki, çox vaxt özümüzü əziyyətdən sığortalamq üçün “Mən yemək bişirə bilmirəm” deyirik. Əgər doğurdan da bu sahədə o qədər qabiliyyətli olmadığınızı düşünürsünüzsə, ən azından qadınınızı sevindirmək üçün salat və sadə yeməklər hazırlamağı öyrənməlisiniz. Əmin olun ki, hətta dadı çox bərbad olsa belə, onun üçün düzəldəcəyiniz bir qab salat qadınınızın yadından heç vaxt çıxmayacaq.

Sadiq dinləyici olan kişi
“Qadınlar danışmağı çox sevirlər”. Bu hər birimizə məlumdur. O hətta sizin əhəmiyyətsiz hesab etdiyiniz bir şey- sarı köynəyinin naxışları- haqqında belə saatlarla danışa bilər. Amma unutmayın ki, bir qadının qəlbini qazanmaq istəyirsinizsə, onun söylədiklərinə diqqətlə qulaq asmalı və danışdıqlarının onun üçün olan əhəmiyyətini dərk etməlisiniz.

Qadının yaxşı cəhətlərini tərifləyən kişi
Qadınlarla bağlı bilməli olduğunuz vacib bir nüans var. Onlar qüsurlarını çox gözəl bilirlər, ancaq ətrafdakıların, xüsusən də kişilərin onlara bu barədə irad bildirməsi, məsləhət verməyə çalışması qadınları özlərindən çıxarır. Buna görə də çalışın ki, hər söhbətinizdə qarşınızdakı qadının müsbət keyfiyyətlərinə diqqət çəkəsiniz. Narahat olmayın, onun qüsurlarını üzünə deyən onlarla sevmədiyi rəfiqəsi var.

“Sən başa düşməzsən”
Bir qadına qarşı istifadə edilməsi heç bir halda məsləhət görülməyən cümlədir. Yadda saxlayın, o bu ifadəni heç vaxt unutmayacaq və tez ya gec sizdən bunun qisasını almağa çalışacaq.

Sevdiyinin ailəsinə də ən az onun qədər hörmət edən kişi
Kişilər kimi qadınlar da ailələrinə uyğun olan, ata-analarının hörmətin saxlayan biri ilə münasibət qurmaq istəyirlər. Buna görə də onun ailəsi ilə əlaqənizi maksimum dərcədə sıxlaşdırın.

Qadını ilə birlikdə alış-veriş edən kişi
Həm onunla birlikdə alış-veriş etməyə razı olan, həm də qadının mağazada çox vaxt itirməsində şikayətlənməyən kişi qadınlar üçün ən ideal yaradılışdır.

Yaradıcı romatik
Qadınlar üçün kişinin ona hər gün “Səni sevirəm” deməyindənsə, sevgisini müxtəlif yollarla göstərməyə çalışması daha romantikdir. Amma əziz kişilər, sevgini müxtəlif yollarla göstərmək dedikdə heç də başqalarının sevgililəri üçün yazdıqları misraları əzbərləməyiniz nəzərdə tutulmur.

Yataqda qadınına qarşı incə davranan kişi
Sadəcə özünü düşünən və qadını onun istəklərini yerinə yetirməyə məcbur edən kişi zərif cinsin heç vaxt arzulamadığı tiplərdəndir. Onlar üçün kişinin xüsusən də kişinin yataqda qadına qarşı diqqətli davranması, onun istəklərini nəzərə alması çox vacibdir.


Tarix: 06.01.2015 / 18:20 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Gəl, tanış olaq
loading...