Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günün qoroskopu: 09.03.2014

Qoç - Ünsiyyət və danışıqlar üçün
çox əlverişli gündür. Ən soyuqqanlı,
laqeyd, eqoist, mizantrop insanı
belə ideyalarınıza cəlb edə
bilərsiniz. İntuisiyanız çox güclüdür
və bu məqam şəxsi nüanslara təsir
edir. Yaxınlarınızın istək və
hisslərini anlamağa çalışın.
Sevdiyiniz insanın niyyətini duyun,
gözləntilərini dərk edin.
Günün ikinci yarısında işgüzar və
maliyyə məsələlərini həll etmək
olar. Zahirən hərdəmxəyal təsir
bağışlasanız da, ciddi olun, önəmli
detalları diqqətdən qaçırmayın.
Qiymətli hədiyyə, xoş sürprizlər
istisna deyil.

Buğa - Asan, rahat gün olmayacaq.
Kiçik anlaşılmazlıqla r və
uğursuzluqların sayı normadan
artıqdır. Ruhdan düşməyin,
bədbinliyə qapılmayın. İstəyinizə
dərhal olmasa da, çatacaqsınız. Əks
cins mənsubu ilə fikir ayrılığı və
ixtilaf yarana bilər. Yaşlılarla
təmaslarda diqqətli, həssas olun.
Sərt, aqressiv danışmayın.
Günün ikinci yarısında önəmli işlə
təkbaşına məşğul olmayın.
Mürəkkəb və xoşagəlməz
problemin həllində yardımçınız
olacaq.

Əkizlər - Emosional baxımdan
rəvan, asan olmayan gündür.
Hadisələr qarışıq, hisslər dağınıq,
əsəblər gərilidir. Qarşılıqlı
anlaşmaya və kompromissə nail
olmaq çətindir. Durumu
ağırlaşdırmamaq üçün səy
göstərin. Əks təqdirdə ümumi
planlardan biri ertələnəcək,
nəzərdə tutduğunuz iş
alınmayacaq.
Günün ikinci yarısında
genişmiqyaslı, ağır işlərə
başlamayın. Başa vura biləcəyiniz
işlərlə kifayətlənin.
Axşam saatlarını sakit istirahətə,
yorucu olmayan, maraqlı
məşğuliyyətə həsr edin.

Xərçəng - Yaxşı ideyalarınız az
olmasa da, onları həyata keçirmək
üçün enerji qıtlığı var. Bu isə
müttəfiqlərə və yardımçılara
ehtiyac yaranmasını labüd edir.
Tərəfdaşları ən qəfil, gözlənilməz
şərait və yerdə tapmaq olar. Onların
arasında indiyədək bütün niyyət,
layihələrinizə şübhə ilə yanaşan
insanlar da ola bilərlər.
Alış-veriş etmək, daşınmaz əmlaka
və yeni layihəyə sərmayə yatırmaq
olar. Nüfuzlu insanla görüş pis
keçməyəcək. Yaşlı qohumlarla
ünsiyyət sizi sevindirəcək. Ailəvi
tədbirlərdə qayğısız görünməyə
çalışın. Deyin, gülün, əylənin.

Şir - Heç hara tələsməyin. Yaxın
ətrafınızdakı insanlar sizi
tələsdirsələr belə, aramla davranın.
Dürüst qərar qəbul etmək üçün
effektiv taktika seçin. Əvvəl
başladığınız işi başa vurmaq üçün
bir qədər vaxt gərəkdir. Yeni
tapşırıqlar və ya öhdəliklərin
alınması, mürəkkəb məsələlərin
yaranması istisna deyil. Yardım və
ya heç olmasa, məsləhət ala
biləcəyiniz şəxslər isə gözə
dəymirlər.
Alış-verişdə çox pul xərcləməyin,
qənaətli olun. Maliyyə baxımından
uğursuz gündür. Məişət texnikası
sıradan çıxa bilər.

Qız - Planlaşdırdığın ız işləri
təkbaşına reallaşdırmaq çox
çətindir. Müttəfiq və yardımçı
arayın. Sizi dəstəkləmək və
istəklərinizi yerinə yetirməklə
yanaşı, təşəbbüskar olacaq insanları
tapacaqsınız. Onlarla tərəfdaşlıq
faydalıdır. Cəsarətli və qətiyyətli
olun. Maneələrlə sədlər sizi
qorxutmasın. Uğurlara nail olmaq
şansınız az deyil.
Kiçik və xırda məsələlərə görə
pərişan olmayın. Əhvalınızı
pozmayın. Bədbinliyə qapılan
insanlar sizə dəstək üçün üz
tutacaqlar. Lakin "kövrək etiraflar"
dinləməyə çox vaxt sərf etməyə
dəyməz.


Tarix: 09.03.2014 / 17:54 Müəllif: ADMIN Baxılıb: 225 Bölmə: Gündəlik Ulduz Falı
loading...