Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yol (film, 1954)

"Yol" (it. La Strada) — rejissor Federiko Fellininin filmi.Mündəricat
1 Məzmun
2 Mükafatlar və nominasiyalar
2.1 Mükafatlar
2.1.1 1957-ci ilin "Oskar" mükafatı:
2.1.2 1954-cü ilin Venesiya kinofestivalının mükafatı:
2.2 Nominasiyalar
2.2.1 1957-ci ilin "Oskar" mükafatı:
2.2.2 1956-cı ilin "BAFTA" mükafatı:
2.2.3 1954-cü ilin Venesiya kinofestivalının mükafatı:
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda
4 Xarici keçidlər
4.1 Video
4.1.1 İzlə


Məzmun

Federiko Fellini özünün dünya şöhrətli "Yol" filmini 1954-cü ildə çəkmişdir. Bu filmdə Fellini neorealizmin ənənələrindən tam uzaqlaşmasa da, artıq "Yol" filmi kinoda neorealizmin süqutundan xəbər verirdi. Filmin qəhrəmanları səfil, kasıb, avara sirkçilər idi. Fellini filmində əbədi xeyir və şər, ağıl və güc kimi yeni məhfumları açıqlayaraq italyanlara qədim Komedi Del Arte teatrının komik maskalarını xatırlatdı. Filmdə şər xeyirə qalib gəlir və nəhəng, qəddar, küt Zampano (Entoni Kurin) zəif, köməksiz Censamina (Cülyetta Mazini) ilə kobud davranır. Fellini filmində bir-birinə əks, tənhalığı mütləq və aydın olan varlıqları seçmişdir. Tamaşaçı film boyu onların birləşməsinə ümid edir. Əsasən də o vaxt ki, Censamina kilsədə Zampanoya onun və özünü taleyi haqqında şikayət edir. Lakin Zampano intim dəqiqələrdə belə onun zəif, ümidsiz hisslərinə qarşı çıxır və heyvancasına onun güclə yaranmış hisslərini rədd edir. Üçünçü personaj olan Mattonun (Ricerd Beyzhard) filmə daxil edilməsi Zampano və Censamina arasındakı uçurumu dərinləşdirmək rolu oynayırdı. Nəticədə cevik və həyatsevər olan Matto Zampanonu ələ salır. O, həmişə gülür. Bəlkə də ona görə ki, o özünün yaxın ölümünü qabaqcadan görürdü. Matto ölənəcən Censaminanın Zampanodan ayrılmasını istəyirdi. Filmdə Matto obrazı tənhalığın tutqun rənglərini daha da tutqunlaşdırır. Buna davam gətirməyən Zampano həssas və məntiqli kəndirbaz Mattonu öldürür. Lakin dəhşətdən və əzabdan ağlını itirmiş Censamina Zampanonu tərk edib gedəndə və özündən sonra özünün qəmli mahnısını qoyanda Zampanoda tədricən o qədər də aydın olmayan həyəcanlı və xeyirxahlığa meyilli insani hisslər oyanır. Filmin son epizodunda Zampano dəniz kənarında uzanıb yaralanmış vəhşi heyvan kimi zarıyır.

Bu film üzərində həvəslə işləyən Felliniyə elə gəlirdi ki, o dünyanı hamıya sevdirə və öz dayaq nöqtəsini tapa biləcəkdir. Fellinin dayaq nöqtəsi ən adi insan "məni"dir.

Bu film haqda Fellini belə deyirdi: "Bu film həyatımın ən vacib mərhələsi, bəlkə də sonudur. Mənim mənəvi maraqlarımın və estetik tələblərimin ifadəsidir".

Fellini "Yol" filmində insanları haqq, yaxşılıq, sevgi yoluna göndərmək istəyirdi. O, bu filmdə hər bir insan qarşısında müəyyən məsələlər qoyur: özünüdərketmə, özünüinkişafetmə, başqa insanlarla yaxınlaşma, humanist olma, tənhalığı rametmə və s.

Fellinin bu filmində oynadığı Censamina obrazı Cülyetta Maziniyə Oskar mükafatı qazandırsa da, o bu rolunu özününkü hesab etmirdi. Doğrudur, Fellini sonrakı, məsələn, "Fırıldaqçılar" (1955), "Kabiriya gecələri" (1957) filmlərində yenə də realist səpkili sujetlərə müraciət edib. Lakin fırıldaqçıların müxtəlif fırıldaq əməllərindən və həyat nəticələrindən faciəvi cəza almalarından, hamıya etibar edən Kabiriyanın yazıqlığı və xeyirxahlığında Fellini təkcə həyatın sosial qanuna uyğunluğunu deyil, həmçinin əzəldən xeyrin və şərin mübarizəsində xristian möhfümatı axtarırdı.
Federiko Fellini bu filmin ssenarisini hələ 1949-cu ildə yazmışdı. Lakin çəkilişləri faktiki olaraq yalnız 1953-cü ilin sonlarında reallaşdıra bilmişdi.
Film neorealizm janrında çəkilmişdir.

Mükafatlar və nominasiyalar

Mükafatlar

1957-ci ilin "Oskar" mükafatı:
Xarici dildə ən yaxşı filmə görə – Dino de Laurentis, Karlo Ponti

1954-cü ilin Venesiya kinofestivalının mükafatı:
Gümüş Şir – Federiko Fellini

Nominasiyalar

1957-ci ilin "Oskar" mükafatı:
Ən yaxşı ssenariya görə – Federiko Fellini, Tullio Pinelli

1956-cı ilin "BAFTA" mükafatı:
Ən yaxşı film
Ən yaxşı xarici aktrisa – Cülyetta Mazina

1954-cü ilin Venesiya kinofestivalının mükafatı:
Qızıl Şir – Federiko Fellini

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifləri : Federiko Fellini, Tullio Pinelli, Ennio Flayano
Rejissor : Federiko Fellini
Operator : Otello Martelli
Bəstəkar : Nino Rota
Prodüser : Dino de Laurentis, Karlo Ponti

Rollarda
Entoni Kuinn – Dzampano
Cülyetta Mazina – Celsomina
Riçard Beyshart – Matto
Aldo Silvani – Ciraffa
Marçella Rovere – Vedova
Liviya Venturini – Suorina


Tarix: 23.02.2013 / 16:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 753 Bölmə: Filimler
loading...