Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kolleksiyaçı (film, 1965)

"Kolleksiyaçı" (ing. The Collector) — rejissor Uilyam Uaylerin filmi.Mündəricat
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
2.2 Rollarda


Məzmun

Filmin süjeti "Kolleksiyaçı" romanı ilə uyğun gəlir.

Pislik və tam dəyərə malik olmamaqdan əziyyət çəkən kiçik klerkin həyatının mənası kəpənək kolleksiyası yığmaqdadır. Lakin bir dəfə onun kolleksiyasına qeyri-adi bir "eksponat" düşür. Bu, onun ümidsiz vurulduğu gözəl tələbə qızdır. Qızı əldə etməyin başqa yolunu görməyən Freddi onu qaçırır və tənha evdə gizlədir. Freddi qıza söz verir ki, bir aydan sonra onu buraxacaq. Freddiyə elə gəlir ki, bu müddət qızın onu sevməsinə kifayət edəcək.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Con Faulz
Ssenari müəllifləri : Stenli Mann, Con Kon
Rejissor : Uilyam Uayler
Operatorlar : Robert L. Sörtis, Robert Krasker
Bəstəkar : Moris Jarr
Prodüserlər : Cud Kinberq, Con Kon

Rollarda
Terens Stemp – Freddi Kleqq
Samanta Eqqar – Miranda Qrey
Mona Uoşborn – Enni
Moris Dellimor – qonşu


Tarix: 22.02.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 202 Bölmə: Filimler
loading...