Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdman lotosu-82 (film, 1982)

"İdman lotosu-82" (rus. Спортлото-82) — rejissor Leonid Qaydayın filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

1982-ci ilin isti yay günü bir qrup adam qatarla istirahət məqsədilə cənuba gedir.

İş elə gətirir ki, bir kupedə tamam ayrı-ayrı adamlar gedir. San Sanıç alverçidir və SSRİ-nin şimalı və cənubu arasında portağalın qiymətində böyük fərq yaratmaqla varlanmaq arzusundadır. Onun kupe qonşusu sadə görkəmli polis sürücüsüdür. O, cənuba xalasının yanına gedir. Digərləri – çətin marşrutla dağlara gedən oğlan və polisdən idman lotosu alan qız (polis lotonu qızın bütün yemək azuqəsini yediyinə görə bağışlamışdı).

Bilet uduşlu çıxır. Lakin bunu kim əvvəlcədən bilə bilərdi ki?! Məsələ burasındadır ki, polis talonu özündə saxlayıb və oxuduğu kitabın arasına qoyub. Lakin kupedəkilərin hamısı eyni kitabı – Genian Zelyonovun "Ölümcül qətl" detektivini oxuyurdular. Yalnız sərnişinlər mənzil başına çatandan sonra kitabların dəyişik düşdüyü aydın olur.

Gənc oğlan tezliklə öz səhvi ucbatından itən talonu tapıb qıza vermək istəyir. Lakin digər tərəfdən də San Sanıç və onun əlaltısı talonu axtarışa çıxırlar. Görəsən bu talon sonda kimə qismət olacaq?..

Film haqqında
Film sovet kinoprokatında liderlərdən olmuşdur. Belə ki, bu ekran əsərinə SSRİ-də 55 milyondan artıq tamaşaçı baxmışdı.
Film 1982-ci ildə Azərbaycanda dublyaj olunmuşdur. Dublyajda Səməndər Rzayev, Hamlet Xanızadə, Həmidə Ömərova, Ramiz Əzizbəyli kimi görkəmli sənətkarlar iştirak etmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifləri : Vladlen Baxnov, Leonid Qayday
Quruluşçu rejissor : Leonid Qayday
Operatorlar : Vitali Abramov, Sergey Poluyanov
Rəssam : Feliks Yasyukeviç
Bəstəkar : Aleksandr Zasepin
Dirijor : Sergey Skripka

Rollarda
Algis Arlauskas – Konstantin
Svetlana Amanova – Tatyana
Mixail Puqovkin – San Sanıç
Mixail Kokşenov – Stepan
Denis Kmit – Pavel
Borislav Brondukov – turist bazasının direktoru
Nina Qrebeşkova – Konstantinin xalası
Luiza Mosendz – Alla Dmitriyevna
Andrey Tolşin
Sergey Filippov
Abessalom Loriya
Viktor Uralski


Tarix: 22.02.2013 / 20:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 514 Bölmə: Filimler
loading...