Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Barri Lindon (film, 1975)

Barri Lindon - amerikalı rejissor Stenli Kubrikin filmi. Ekranlara 1975-ci ildə çıxıb.



Məzmun

Film irlandiyalı zadəgan Barri Lindonun həyatından bəhs edir. Gənc Barri Redmond öz dayısı qızına vurulur, onun nişanlısını duelə çağırıb, yaralalıyır və doğma yerləri tərk etməli olur. Avropadakı sərgüzəştləri zamanı Barri Yeddillik müharibədə iştirak edir, Prusiya dövlətinin xeyrinə casusluq edir və peşəkar qumarbaz olur. Böyük Britaniyaya qayıtdıqdan sonra o varlı bir gənc dul qadınla evlənir və Lindon soyadını qəbul edir. Arvadı onu sevsə də, oğulluqu ondan nifrət edir. Barri doğma oğlunun ölümünə dözə bilmir - pozğun həyat tərzi sürməyə başlayır, arvadını itirir. Filmin sonunda oğulluğu onu duelə çağırır.



Film haqqında
Ssenari XIX əsrin ingilis yazıçı Uilyam M. Tekkereyin "Centlmen Barri Lindonun Xatirələri" əsəsri əsasında yazılıb. Film dörd oskara layıq görülüb ( ən yaxşı operator işi, musiqi,ssenari və paltar).
Stenli Kubrik filmin çəkilişi zamanı süni işıqlandırmadan demək olar ki istifadə etməyib.
İrlandiya Respublika Ordusu (İRA) Kubrikın adını özünün ölüm siyahısına alandan sonra filmin çəkilişi İrlandiyadan İngiltərəyə keçirilib.
Çəkiliş iki il davam edib.
Barri və onun oğullugu, Lord Ballinqton arasındakı duelin montajı 42 gün çəkib.

Rollarda
Rayan Onil
Patrik Meqi
Mariya Berenson


Tarix: 21.02.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 139 Bölmə: Filimler
loading...