Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oyuncaq (film, 1976)

"Oyuncaq" (fr. Le Jouet) — rejissor Fransis Veberin filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

Fransua Peren işsiz jurnalistdir. Bir neçə ay sürən gərgin iş axtarışlarından sonra o, "France Hebdo" jurnalında işə düzəlir. Perenin ilk ciddi tapşırığı oyuncaq mağazası haqqında məqalə yazmaq olur. Mağazada Perren həmin jurnalın sahibinin oğlu Eriklə rastlaşır. Bir dəstə adam Eriki oyuncaq mağazasından istədiyi oyuncağı seçmək üçün gətirib. Lakin ərköyün Erik gözlənilmədən Fransua Perreni oyuncaq kimi almağı tələb edir. Perren təbii ki, buna qəti etiraz edir. Amma mağazanın direktoru və Blenak onu milyonçunun evində bir müddət oyuncaq rolunu oynamağa razı salırlar. Bu Perrenin ləyaqətinə toxunsa da Eriklə oynamağa məcbur olur. Eriklə yaxından tanış olan Fransua, bu ərköyün uşağın tərbiyəsi ilə də məşğul olmağa başlayır. Birgə keçən bu günlər ərzində Perren başa düşür ki, Erikin pula, var-dövlətə yox, sadəcə, bir nəvazişə, əzizlənməyə ehtiyacı var. Tezliklə onlar dostlaşır və oğlanın analığına qarşı çıxmağa başlayırlar.

Bir qədər sonra aşkar olur ki, Erikin dərin psixoloji problemləri var. Bu problem əsasən valideynlərinin ayrılması və milyonçu atasının ekssentrik xasiyyəti ilə bağlı yaranmışdır. Perren onunla atasının xasiyyət və əxlaqı haqqında müqayisə aparır. Perren və Erikin növbəti əyləncələrindən biri də satirik qəzet çıxarmaqdır. Getdikcə Erik Fransuaya o qədər öyrəşir ki, atasından çox onu sevməyə başlayır.

Film haqqında
Amerikalı kinorejissor Riçard Donner 1982-ci ildə bu filmin eyniadlı rimeykini çəkmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Fransis Veber
Rejissor : Fransis Veber
Operator : Etyen Beker
Bəstəkar : Vladimir Kosma

Rollarda
Pyer Rişar – jurnalist Fransua Perren
Fabris Qreko – Erik Rambal-Koşe
Mişel Buke – milyonçu Pyer Rambal-Koşe
Jak Fransua – Blenak
Daniel Çekkaldi – ev sahibi
Şarl Jerar – qovulmuş jurnalist
Mişel Omon – oyuncaq mağazasının direktoru
Süzi Dayzon
Jerar Jünyo – qovulmuş işçi
Mişen Roben


Tarix: 21.02.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 367 Bölmə: Filimler
loading...