Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şouşenkdən qaçış (film, 1994)

Şouşenkdən qaçış (ing. The Shawshank Redemption) 1994-cü ildə çəkilən Frenk Darabont filmidir. Stiven Kinqin Rita Heyuort və Şouşenkdən qaçış (ing. Rita Hayworth and Shawshank Redemption) novellası əsasında ekranlaşdırılan filmin baş rollarında Tim Robins və Morqan Friman oynayır. Dünyada artıq klassikaya çevrilmiş bir ekran əsəridir. Filmdə, günahsız olmağına baxmayaraq, həyatının təxminən 20 ilini həbsdə keçirən Endi Dyufreyn adlı bankirdən söhbət gedir.

IMDb saytının «ən yaxşı 250 film» reytinqində, 2012-ci ilin iyun ayına olan məlumata görə, 10 ballıq şkaladan 9.2 balla birincidir.[1].Kinopoisk saytının reytinindədə film birinci yerdə durur.[2] Eyni zamanda dünyada ən bəyənilən 3 filmdən biridir.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Rollarda
4 İstinadlar


Məzmun

Haqsız şəkildə arvadını öldürməkdə günahlandırılaraq Endi Dyufreyn (Tim Robins) Yeni Ingiltərənin ən qaranlıq həbsxanalarından biri olan Şouşenk həbsxanasına göndərilir. Burada olmazın işgəncələrə məruz qalır. Həbsxanada rastlaşdığı Ellis Redding (Morqan Friman) onun ən yaxın dostu olur. Ellis öz təcrübəsindən istifadə edərək Dyufreynə doğru yolları göstərir və bu keşməkeşli həyat imtahanından uğurla keçməsinə köməkçi olur.

Film haqqında
1994-cü ildə 7 Oskara namizəd göstərilsə də heç birini ala bilmədi.

Rollarda
Tim Robins
Morqan Friman
Bob Qanton
Uilyam Sedler
Klensi Braun
Gil Bellous


Tarix: 20.02.2013 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 450 Bölmə: Filimler
loading...