Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlk qan (film, 1982)

İlk qan (ing. First Blood) - baş rolda Silvestr Stallonenin çəkildiyi Amerika filmi. Filmdə baş qəhrəman Vyetnam müharibəsinin iştirakçısı Con Rembodur.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Rollarda
4 Xarici Keçidlər


Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Vyetnam əsgəri Con Rembo dağ qəsəbəsinə qayıdır. Rembo Vyetnamdakı dostlarını axtarmaq üçün ABŞ-da gəlmişdir. Bu zaman Rembo öyrənir ki, sonuncu dostu artıq ölmüşdür. Con Rembo sakit bir şəhərə gəlir və yol ilə getməyə başlayır. Lakin yolda Şerif Uill Tisl ilə rastlaşır. Əvvəlcə şerif onu getmək istədiyi yerə aparır. Rembo isə yolda düşəndə yenidən geri qayıdır. Bunu görən Şerif onu terrorist olaraq təhdid etməyə başlayır və polis məntəqəsinə aparır. Remboya həbsxanada dəhşətli işgəncələr verirlər. Həmin işgəncələr Remboya Vyetnamda olan işgəncələrini xatırtladır. Bu zaman Rembo məntəqədəki polislərə müqavimət göstərərək buradan motosiklet ilə qaçır.

Rembo artıq meşəliyin içindədir. Dağa dırmaşaraq, motosikleti yolda qoyur. Bu müddətdə polislər onun izinə düşmüşdür. Rembo dağdan aşağı enmək istəyən zaman Helikopter onu izləməyə aşlayır. Rembo ona Helikopterdən atəş etmək istəyən adama daş atır və həmin adam ölürək yerə düşür. Bu zaman Rembo aşağıya tullanaraq ağacların üzərinə düşür. Rembo çoxlu qan itirmişdir. Ağacların yanında həmin daş ilə vurduğu polisin meyiti ilə rastlaşır. Rembo onun tüfəngini götürür. Polislər meşəyə onun arxasıycan itlər göndərir. Lakin itlər öldürülür və polislər işgəncə keçirir. Rembo isə Şerifi tutaraq ondan qorxmadığnı söyləyir. Şerif bu hadisədən bərk qorxur. Polislərin bütün şücaətlərinə baxmayaraq Rembo onların əlinə keçə bilmir. Axtarış müddətində məlum olur ki, həmin qaçaq adam Vyetnam əsgəridir. Bu səbəbdən onlar Rembonun əsgərlikdəki başçısı Polkovnik Sem Trautmenə müraciət edirlər. Polislərə polkovnik başa salır ki, Rembo döyüşkən Vyetnam əsgərlərindən biridir. Polkovnik Rembo ilə əlaqə saxlamağa çalışır.

Filmin sonunda Rembo polis məntəqəsinə gecə vaxtı hücum edir. Bu zaman Rembo Şerifə atəş açaraq öldürmək istəyir. Polkovnik Sem ona bunun lazım olmadığını bildirir. Rembo könüllü surətdə polislərə təslim olur.

Film haqqında
Film Kanada əsilli ABŞ yazıçısı olan Devid Morellin eyniadlı əsəri əsasında çəkilmişdir.
«Rembo» - əslində alma sortunun adıdır. Əsərin müəllifinin sözlərinə əsasən, əsas qəhrəmanın soyadı məhz alma sortunun adından götürülmüşdür.
Filmdə baş rola namizədlər arasında, Con Travoltanın da adı var idi.

Rollarda
Silvestr Stallone - Con Rembo
Riçard Krenna - Polkovnik Samuel Trautman
Brayn Dennehi - Şerif Uill Tisl
Bill Makkini - Kapitan Deyv Kern


Tarix: 20.02.2013 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 302 Bölmə: Filimler
loading...