Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm oyunu (film, 1978)

Ölüm oyunu (ing. Game of Death, kantonca:死亡遊戲) - ABŞ rejissoru Robert Klauz tərəfindən çəkilən döyüş filmdir. İlk dəfə orijinal film 1973-cü ildə çəkilmişdir. Lakin həmin filmdən çox az materiallar qalmışdır. Bu səbəbdən rejissorlar filmi yenidən çəkmək qərarına gəldilər. İlk film əsasında 1978-ci ildə "Ölüm oyunu" filmi çəkilir. Ssenari isə orijinal ssenaridən tam fərqlidir. Taekvando üzrə qara kəmər sahibi Tai Çanq Kim filmdə Billi rolunda Brüs Lini canlandırır. Həmçinin, ilk filmin sonuncu materiallar və Əjdahanın qayıdışı filmindən kiçik səhnələr filmdə göstərilmişdir. Filmin çəkilməsi üçün filmə ən yaxşı kaskadyorlar dəvət edilmişdir.Mündəricat
1 Məzmun
2 Rollarda
3 İstinadlar
4 Xarici keçidlər


Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Bandit qrupu məşhur aktyor Billi Loya təzyiq edirlər. Onlar Billiyə deyirlər ki, qazancın bir hissəsini ona verməlidirlər, əks halda onu öldürəcəklər. Billi isə buna əhəmiyyət vermir. Brüs Li bir neçə dəfə onlar tərəfində təzyiq olunur. Buna baxmayaraq fikrindən dönmür. Bir neçə müddət sonra film çəkilişi zamanı Billi Lo səhnədə qaçaraq tullanıb zərbə vurmalıdır. Lakin tullanan zaman banda qrupunun başçısının əlaltısı ona atəş açır və buradan qaçır. Hamı Billi Lonun öldüyünü zənn edir. Amma Billi Lo ölməmişdir. Qisas almaq üçün Billi müxtəlif cildlərə girir. Banda qrupunun ən yaxşı döyüşçülərindən biri Kris Milleri öldürdükdən sonra Banda onun ölmədiyindən xəbər tutur. Bu səbəbdən onu əldə etmək üçün sevdiyi qızı qaçırırlar. Billi məcbur olur ki, mafiyanın heyətləri ilə mübarizə aparsın. Sevdiyi qızı onların əlindən xilas edəndən sonra banda başçısına çatmaq istəyir. Ancaq bu elə də asan olmayacaqdır. Bunun üçün Billi üç otaqdan keçməlidir. Billi hər üç otaqdakı döyüşçünü öldürdükdən sonra Banda başçısının əlaltısını öldürür. Sonda Banda başçısı evin damı üzərində qaçan zaman aşağıya düşərək ölür.

Rollarda

Əsas rolda;
Brüs Li.......................Hai Tien
Kərim Əbdülcabbar..........Hakim ("5-ci otaq gözətçisi")
Ceyms Tien....................Çarli Vonq
Dan İnosanto................Kaskual ("3-cü otaq gözətçisi")
Han-Jae Ji......................"4-cü otaq gözətçisi"
Ceyms Tien..................."Hai Tienin dostu"
Çieh Yuan..................."Hai Tienin dostu"

1978-ci ildə "Ölüm oyunu" filmi;
Tai Çanq Kim................Billi Lo
Yuan Byao.......................Billi Lo
Kollin Kamp.................Ann Morris
Din Cegger...................Həkim Land
Giq Yanq.......................Cim Marşall
Mel Novak......................Stik
Hay O'Brayn.................Steyner
Roy Çiao......................Henri Lo
Rassell Cautorn......................Sörqeon
Roy Çiao......................Henri Lo
Sammo Hun..................Güləşçi
Robert Uoll....................Karl Miller[1]
Çak Norris..................Kolt

Çəkilməyən səhnədə;
Hvanq İn-Şik......................"1-ci otaq gözətçisi"
Taki Kimura......................"2-ci otaq gözətçisi"
Nora Miao......................"Hay Tienin bacısı"

Nəzərdə tutulan;
Robert Beker....................Brüs Linin tələbəsi
Ceki Çan..................Ryu Saeba
Bolo Yen.................. Yapon döyüşçü
Cim Kelli...................Döyüşçü


Tarix: 20.02.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 308 Bölmə: Filimler
loading...